Nurlana Aliyeva
Quick Facts
Biography
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016-2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009-2021), Filologiya elmləri doktoru, professor.
Həyatı
Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.
Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür.
12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə, Nurlana Müzəffər qızı Əliyeva 22 iyun 2021-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib
Ailəsi
Ailəlidir, 2 övladı, 5 nəvəsi var. Nurlana Əliyeva sabiq deputat Hadi Rəcəbli ilə qudadır.
Təltifləri
2004-cü ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.