peoplepill id: nurlan-quliyeva
NQ
1 views today
2 views this week
Nurlan Quliyeva
politician

Nurlan Quliyeva

The basics

Quick Facts

Intro
politician
Work field
Gender
Female
Place of birth
Goygol District
The details (from wikipedia)

Biography

Nurlan Quliyeva

Nurlan Quliyeva (tam adı:Quliyeva Nurlan Səəddin qızı) — "Ən yaxşı müəllim" (2013), YAP-ın üzvü (1996), Azərbaycan Yazıçılar Birliy (2017)

Həyatı

Quliyeva Nurlan Səəddin qızı 23 iyul 1974-cü ildə Göygöl rayonunun (keçmiş Xanlar rayonu) Üçtəpə kəndində anadan olmuş, 1991-ci ildə Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbini bitirmişdir. Həmin ildə Gəncə Dövlət Universitetinin (keçmiş Gəncə Dövlət Pedaqoji İnstitutu) riyaziyyat və informatika fakultəsinə qəbul olmuş və orada ali təhsil almışdır. 1996-cı ildən indiyədək riyaziyyat və informatika ixtisası üzrə Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində müəllim işləyir.

1996-cı ildən YAP-ın Göygöl rayon təşkilatının üzvüdür.

Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin üzvü, Gəncə bölməsinin sədri - Milli Virtual Kitabxananın Yaradıcı Şurasının üzvüdür. “Vergi Dostları” şəbəkəsinə (Azərbaycan Respublikası Vergilər Nazirliyi) 12 saylı Ərazi Vergilər Departamentindən seçilmiş "Vergi Dostu"dur (2013).

Mükafatları

İşlədiyi müddətdə dəfələrlə Üçtəpə kənd orta məktəbində “İlin ən yaxşı müəllimi” olmuş, məktəb və Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən tərifnamələrlə, Gənclər və İdman Nazirliyi Göygöl rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmani ilə təltif edilmidir.

Milli Kulturoloji Mükafat - XI Bakı Kitab Bayramı “2010-cu ilin Yeni nəsil yazarı”, 27 may 2011-ci il

Milli Kulturoloji Mükafat - XII Bakı Kitab Bayramı İlin Dərs vəsaiti “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı, 18 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

V “ELEKTRON TƏHSIL”RESPUBLİKA MÜSABIQƏSİNDƏ “Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə üçüncü yerə layiq görülmüşdür - 2014.

Kitabları

1. "Sirli kainat", YYSQ – "İKBƏR" seriyası, 2010. Elektron variantı

2. "Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası", Bakı: "MBM", 2012. Elektron variantı

3. "Fateh", Bakı: Elektron variantı

4. "Heydər Əliyev məktəbi" (elmi-kütləvi məqalələr) Aydın Xan (Əbilov), Nurlan Quliyeva. Bakı: "MBM", 2013, 124 s. Elektron variantı

Yaradıcılığı

1) Fantastik əsərlərdən ibarət “Sirli kainat” adlı kitabı elektron kataloqa daxil edilib və elektron variantda kitabxanalarda yerləşdirilib. “Sirli kainat” adlı kitabına və İnternetdə gənclər arasında apardığı işlərə görə XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində “2010-cu ilin Yeni nəsil yazarı”nominasiyasındamükafatlandırılıb.

2) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.12.2011-ci il tarixli 2172 saylı əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmiş digər kitabı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlanır. Kitab elektron kataloqa daxil edilib və elektron variantda kitabxanalarda yerləşdirilib. “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlı kitabı XII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində “İlin Dərs vəsaiti” nominasiyasında qalib olub.

3) “Fateh” adlı kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu iləkitabxana.net kulturoloji-innovativ layihə çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanındaAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşrə hazırlanıb və yayılır.

4) Dördüncü kitabının ideyaçısı olub və nəşrə hazırlayıb. Kitab Yeni Yazarlar və Sənətçilər Qurumu ilə YYSQ Gəncə bölümünün rəhbəri olaraq Nurlan Quliyevanın təşəbbüsü ilə, Göygöl Rayon Təhsil Şöbəsinin təşkilati, www.kitabxana.net - Milli Virtual Kitabxananın informasiya dəstəyilə bölgə müəllim və şagirdlər arasında keçirilmiş “Heydər Əliyev məktəbi” adlı müsabiqədə qalib gəlmiş məqalələr əsasında hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.

Kitab Yeni Yazarlar və Sənətçilər Qurumuyla kitabxana.net - Milli Virtual Kitabxananın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, “Öndərin yadigarı – intellektual-kreativ Azərbaycanımızı sevək…” şüarı altında keçirilən XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər Silsiləsi çərçivəsində gercəkləşdirilən Müsabiqə və kulturoloji-innovativ layihə çərçivəsində nəşr və elektron nəşrə hazırlanıb.

Məqalələri

5) Nurlan Quliyeva. “Orta məktəb müəlliminin təcrübi mülahizələri” (elmi məqalə), “Ədalət” (qazet) 14 oktyabr 2011-ci il, səhifə 5

6) Nurlan Quliyeva “Konstruktiv təlimdə şagird biliyi özü əldə edir” (elmi məqalə), “Kurikulum” (elmi-metodiki jurnal),2011 N 3 (15), səhifə 94-96

7) Nurlan Quliyeva “Üçüncü sinif riyaziyyat dərsliyi. Paralal və perpendikulyar düz xətlər” (elmi maqalə), “Kurikulum” (elmi-metodiki jurnal),2011 N 4 (16), səhifə 69-72

8) Nurlan Quliyeva “Gənclərin virtual dünyası orta məktəbdən formalaşdırılmalıdır” (elmi məqalə), “Təhsil və Zaman” (qazet), 31 mart 2013-cü il, səhifə 13.

9) Nurlan Quliyeva "Qələm" (elmi-bədii hekayə), "Təbrik edirik!" ("Məntiq və riyaziyyat" jurnalının redaksiya heyəti) "Məntiq və riyaziyyat" (elmi-kütləvi, məntiqi-riyazi jurnal), N 02(30) Aprel-Avqust, 2013, səhifə 24-25

10) Nurlan Quliyeva "Dəyərlər, standartlar, tələblər" (elmi məqalə), "Azərbaycan müəllimi" (qazet), №38, 3 oktyabr 2014-cü il, səh.9,Azərbaycan müəllimi

Müsahibələri

11) Arzu Paşayev. "Gələcək gələcək, yoxsa gəlməyəcək?!", "Ruzigar" (qazet)28 may 2011-ci il, səhifə 12

12) Aytən. "Vergi dostları" şəbəkəsi genişlənir, "Vergilər" (qazet). 5 fevral 2014-cü il, N 5 (695)

Saytları

13) Azərbaycan Respublikasının Təhsil Portalinda Aslan adlı portal yaratmışdır. Orada və saytın formunda yeni təliml metodları ilə keçirdiyi riyaziyyat dərslərinin mətnlərini, təqdimatlarını və elmi hekayələrini paylaşır.

14) Təhsil nazirliyi tərəfindən təşkil edilmiş Elekron Təhsil müsabiqəsində beş nominasiyada işi var.Elektron Təhsil Müsabiqəsi

15)"Mədəniyyət" adlı saytında və Facebook sosial şəbəkəsində yaratdığı "Fateh" adlı qrupunda Azərbaycan Dövlətinin milli, mədəni dəyərlərini, yeni, yaradıcı ideyaları təbliğ edir.

16) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş sayt yaratmışdır - Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri

Təltif və sertifikatları

Tərifnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl RTŞ

Tərifnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayon Üçtəpə kəna orta məktəbi, 2010-cu il

İlin Ən Yaxşı Müəllimi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayon Üçtəpə kəna orta məktəbi, 2010-cu il

Milli Kulturoloji Mükafat

XI Bakı Kitab Bayramı “2010-cu ilin Yeni nəsil yazarı”, 27 may 2011-ci il

Fəxri Fərman

Gənclər və İdman Nazirliyi Göygöl rayon Gənclər və İdman İdarəsi, 02 fevral 2009-cu il

Arayış

Riyaziyyat müəllimlərinin ixtisasartıtma kursu, 01.X.2010-29.X.2010

Arayış

Müəllimlərin Peşəkarlıq  Səviyyəsinin Təkmilləşdirilməsi kursu, 19.X.2009 – 24.X.2009

Sertifikat

Yeni Yazarlar və Sənətçilər Qurumu “Kompyuter və İnternet bilgiləri, İKT vərdişləri” kursu, 30.VII.2010

Sertifikat

“İdrak məktəbi” konstruktiv təlim mərkəzi, “Konstruktiv təlim müəllimi”, 2010 sentyabr

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl RTŞ bölmə iclası “Təhsil üçbucağı-konstruktivizm, texnologiya, riyaziyyat” 08.IX.2010

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl RTŞ bölmə iclası “İKT-nin təhsildə rolu” 07.IX.2011

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbi “İnteraktiv texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi”, sentyabr 2010

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbi “İnteraktiv texnologiyaların təlim-tərbiyə prosesinə tətbiqi”, may 2011

Milli Kulturoloji Mükafat

XII Bakı Kitab Bayramı İlin Dərs vəsaiti “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı, 18 may 2012-ci il

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi, İxtisasartıtma təhsili haqqında sertikat – I (birinci) dərəcə, 9 avqust 2012-ci il.

I. Kademe

Yenilikçi Öğretmenler - I. Kademe Kursu , 14 avqust 2012 – 18 avqust 2012.

Fəxri Fərman

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi, 2012/2013 tədris ili

Sertifikat

Azərbaycan Respublikası Təhsil Nazirliyi, İxtisasartıtma təhsili haqqında sertikat , dərəcə - Müvəffəqiyyətlə bitimişdir, 20 avqust 2014-ci il.

Uğur diplomu

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu, Demokratik Gənclər İçtimai Birliyi, 30 may 2014

Diplom

Azərbaycan Respublikası Təhsil Nazirliyi, V  “Elektron Təhsil” Respublika Müsabiqəsi, III yer, 24.12.2014

Sertifikat

“Gələcəyin Gəncliyi” hazırlıq kursu, Microsoft Office və Activİnspire proqramları, 6 mart 2015

Sertifikat

“Google SketchUp qrafik redaktorunda hazırlanmış ən yaxşı model” müsabiqəsi, 28.02.2015

Sertifikat

5-7 siniflər arasında keçirilən “AlPLogo mühitində proqramlaşdırma” olimpiadası , 16.05 2015

Sertifikat

Promethean Activİnspire Teacher  Competition, “Prometan interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsi, 20.05.2015

İlin ən yaxşı müəllimi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbi, may 2015

Fəxri Fərman

Azərbaycan Respublikası Təhsil Nazirliyi Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbi, may 2015

Sertifikat

Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi Dostları” layihəsinin iştirakçısı və “Vergi Dostları” şəbəkəsinin üzvüdür, 30.10.2013

Fəxri Fərman

Azərbaycan Respublikasının Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departementi, 05.05.2015

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nurlan Quliyeva is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Nurlan Quliyeva
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes