peoplepill id: nuridae-ataesi
NA
Azerbaijan
1 views today
3 views this week
The basics

Quick Facts

Work field
Gender
Female
Place of birth
Oğuz
Age
59 years
The details (from wikipedia)

Biography

Nuridə Atəşi — Almaniyada yaşayan azərbaycanlı şairə, jurnalist, tədqiqatçı və ictimai xadim.

Həyatı

Nuridə Atəşi (Qədirova) 22 avqust 1965-ci ildə Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, sonra Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsini bitirmişdir. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.

Yaradıcılığı

Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir.

1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan şairə bu ölkədə bədii fəaliyyətini davam etdirmiş, eyni zamanda sənəti də yaddan çıxarmamışdır. Məsələn, "Tühabilim" Mədəniyyət Mərkəzində teatr və rəqs kollektivlərinə rəhbərlik etmişdir. 1999-cu ildə Berlində çap olunan "Qadın xalq ozanları" antologiyasında və digər alman antalogiyalarında şairənin şeirlərinə yer verilmişdir. 2000-ci ildə Berlində "İnsel galeriyada" dünya qadın şairlərinin müsabiqəsində Azərbaycanı təmsil edən Nuridə Atəşi ilk böyük uğuruna imza atmışdır. Onun sözlərinə alman, türk və azərbaycan bəstəkarlarının bəstələdikləri onlarla mahnı bir neçə ölkədə tanınır və sevilir. Şeirləri artıq Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilmişdir. Şairənin fəaliyyətində tərcüməçilik işinə də yer ayrılmışdır. "Hitit" nəşriyyatında alman və türk dillərinin tərcüməçisi kimi çalışan N.Atəşi, Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini vermişdir. Alman şairlərinin şeirlərini tərcümə edərək onları "Orjinaldan tərcümələr" kitabında cəmləyən Nuridə Atəşi, Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə etmişdir. 2008-ci ildə Alman şairi Jan Veinard ilə bərabər „Pərvanə və şam. Azərbaycanın minillik məhəbbət poeziyası“ adlı antalogiyasında Azərbaycanın Nizami, Fizuli, Nəsimi, Məhsəti və bir çox klassik şairlərinin əsərlərini alman dilinə tərcümə edərək Almaniyanın məşhur „Mattes & Setz“ nəşriyyatında nəşr etdirmişdir.

İctimai fəaliyyəti

Nuridə Atəşi ədəbi yaradıcılıqla yanaşı geniş miqyaslı ictimai fəaliyyət də göstərməkdərir. Bu fəaliyyətin başlanğıcında Azərbaycanın Almaniyada təbliği, Azərbaycan diasporunun inkişafı, lobbist addımları birləşmişdir. Bu əhatəli fəaliyyət alman ictimaiyyətini Azərbaycanın tarixi, elmi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı ilə tanış etmək, Azərbaycanın problemləri, ilk növbədə Qarabağ münaqişəsi barədə əsl həqiqətləri Almaniya və Avropa ictimai fikrinə çatdırmaqdır. Sonuncuya misal olaraq 1997-ci ildə Berlində Nuridə Atəşinin müəllifliyi ilə nəşr olunmuş "Qarabağımız qara bağrımız" kitabını, 2007-ci ildə isə alman dilində yazmış olduğu "Qarabağ uğrunda savaş (Kampf um Berg- Karabach) kitabını göstərmək olar. Nuridə Atəşi 1996-1997-ci illərdə Berlində TD1 alman-türk televiziya kanalında "Yeni Körpü" verilişini açması ilə jurnalist və publisist fəalliyyətinə başlamış, Azərbaycanın təbliğinin informasiya təməlini qoymuşdur. Nuridə Atəşinin alman həmkarları ilə birlikdə 2003-cü ildə təsis etdiyi Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu Azərbaycanın təbliğatını strukturlaşmış şəkildə aparmaq imkanı verməklə yanaşı, həm də daha çox elmi, mədəni və tədqiqat mərkəzi olaraq formalaşmağa başladı.

N.Atəşi "Qran Pri", "Qızıl qələm",Golden Award və digər mükafatların sahibidir. 2003-cü ildə Moskva Mədəniyyət və İncəsənət Universitetində "Almaniyanın sosial-mədəni ictimaiyyətində fiziki cəhətdən xəstə uşaqların bərpası" mövzusunda doktorluğa namizədlik dissertasiyasını bitirmişdir. Hazırda AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun dokdorantı olaraq „Azərbaycanın hərb sənətində qadının rolu“ mövzusunda doktorluq disertasiyası üzərində çalışır. Azərbaycan Jurnalistlərinin Almaniyada və Avropada təmsilçisi olan Nuridə Atəşi, 2010-cu ildən Almaniya P.E.N Mərkəzinin üzvü, 2012 ci ildən isə Əsəd Bəydən sonra ikinci azərbaycanlı yazar olaraq Almaniya Yazarlar Birliyinin üzvüdür.

Nuridə Atəşi 2012-ci ilin yanvarında Almaniya Jurnalistlər İttifaqının Berlin bərabər imkanlar komitəsinin sədr müavini seçilmişdir.

Jurnalistlik, publisist fəaliyyəti ilə yanaşı Nuridə Atəşi elmi tədqiqatla da məşğuldur. O məşhur Azərbaycan-alman yazarı Əsəd Bəyin –Qurban Səid (1905-1942) yaradıcılığını uzun illər araşdırmış müəllifin arxiv sənədlərini Almaniyadan, İtaliyadan, İsveçrədən, Azərbaycan və Gürcüstandan toplayaraq, eyni zamanda onun sonuncu əlyazması olan „Sevgidən bixəbər kişi“ adlı romanından bir parçasını dünya mətbuatında ilk dəfə olaraq „Yüz ilin sirrləri“ adlı kitabında (Nurlan, 2007) nəşr etdirmişdir. Nuridə Atəşi Berlində Əsəd Bəyin yaşadığı evin önündə onun bronzadan barelyefini qoydurmuş və İtaliyanın Pozitano şəhərində Əsəd Bəyin məzar daşını onun vəsiyyətinə uyğun olaraq üzü qibləyə çevirtdirmişdir.

Berlin UM WELT FILM in istehsal etdiyi „Əsəd bəyin əzabları“ adlı sənədli filmdə Nuridə Atəşi əsas protoqonistlərdən biri olaraq çəkilmişdir.

Nuridə Atəşi 1997-ci ildən Qafqazın qədim tarixini və eyni zamanda „Qafqaz amazonları“nın tədqiqatı ilə məşğuldur. 2011-ci ildə AMEA Nuridə Atəşinin tədqiqatlarının nəticələrini „Qafqaz amazonları“ adı altında alman, ingilis,rus və azərbaycan dillərində Almaniyada nəşr etdirmişdir. Tədqiqatlarını Azərbaycanda, Gürcüstanda, Rusiyada davam etdirən Nuridə Atəşinin indiyə qədər 16 kitabı nəşr edilmişdir.

Kitabları

  1. Sənsiz yaşayıram sən ola-ola. Kitab Palatası, Bakı 1995.
  2. Neylərsən mənə görən. Hitit, Berlin 1995.
  3. Qarabagımız – qarabagrımız. Hitit, Berlin 1996.
  4. Avından Kaçan Avcı (türk dilində). Hitit, Berlin 1997.
  5. Jäger auf der Flucht vor seiner Beute (alman dilində), Wagemann, Berlin 2002.
  6. Yaşanmamış qadınlıq. Təhsil, Bakı 2003.
  7. İndi mən Varam! Hitit, Berlin 2004.
  8. Schreie erstickter Gefühle (alman dilində). Hitit, Berlin 2006.
  9. Orijinaldan tərcümələr. Nurlan, Bakı 2006.
  10. Gəl günaha bataq. Nurlan, Bakı 2006.
  11. Tənha savaşçı (həyat və yaradıcılığı haqqında). Hitit-Verlag, Berlin 2005.
  12. Kampf um Berg-Karabach (Deutsch - Sachbuch) Gencevi Institut für aserbaidschanische Kultur, Berlin 2007
  13. Əsəd Bəy - yüz ilin sirləri. Nurlan, Bakı 2007.
  14. Pərvanə və şam. Azərbaycanın minillik məhəbbət tarixi. Mattes& Setz, Berlin 2008
  15. Feuertochter(Od qızı). Şerlər. K.Fişer nəşriyyatı. Aachen 2009
  16. Qafqaz amazonları. AMEA. Almaniya 2011.

İstinadlar

Xarici keçidlər

  • www.nourida.com
  • www.kaukasiche-amazonen.com
  • www.aserbaidschanische-kultur.com
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Nuridä Atäşi

Basics

Introduction

Həyatı

Yaradıcılığı

İctimai fəaliyyəti

Kitabları

İstinadlar

Xarici keçidlər

Lists

Also Viewed

Lists
Nuridä Atäşi is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Nuridä Atäşi
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes