peoplepill id: nikolay-tanasoglu
NT
Turkey
1 views today
1 views this week
Nikolay Tanasoglu
Turkish writer

Nikolay Tanasoglu

The basics

Quick Facts

Intro
Turkish writer
Places
Work field
Gender
Male
The details (from wikipedia)

Biography

Nikolay Qeorq oğlu Tanasoğlu (01.02.1895, indiki Mol­do­va Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kən­di – 22.02.1970, Kişinyov) — Qaqauz şairi.

Həyatı

Qaqauz yazılı bədii ədəbiy­ya­tı­nın əsasını qoyan bu iki şəxsiyyətin ömür yollarında bir oxşar­lıq vardır. Hər ikisi eyni kənddə doğulmuş, Çadır qəsəbəsindəki eyni məktəbdə oxumuşdur. İlk yaradıcılığa şeirlə başlamışdır.

N.Tanasoğlu uzun illər kəndlərdə öyrətmən, məktəb direk­toru işləmiş, qaqauzlar üçün əlifba yaradılmasında, dərslik ya­zılmasında fəal iştirak etmişdir. Yeni yaradılmalı olan dərsliklərə oxu mətnləri salınması üçün Lev Tolstoyun “İlk gənclik”, Nikolay Qoqolun “Taras Bulba”, Mixail Lermon­to­vun “Boro­dino” əsərlərindən parçalar tərcümə etmişdir. Onun şeirləri folklor nümunələri ilə o qədər qaynayıb qarışmışdır ki, çox vaxt hansı şeirin N.Tanasoğluna, hansı şeirin xalq yaradıcılığına məxsus olduğunu seçmək çətinlik törədir. 1940-cı illərdən yaradıcılığa başlayan şairin əsərləri dilinin sadəliyi ilə seçilir. “Quşlar bey seçer” adlı poemasında fikrini nağıllardan götürdüyü süjetlə oxucuya çatdırmağa çalışır. Şai­rin şeirlərində quş təsvirlərinə, quşların dililə fikirlərinin veril­məsinə tez-tez rast gəlinir. Onun şeir şəkli isə qaqauz mani­lərindəki qafiyə quruluşuna (aabb) uyğundur.

Başçada bir genç kızçaz,
İşindä nicäl kuşçaz.
Mari kız, sän bak bana,
Bir kaç laf deim sana (Çadır maaneleri)

N.Tanasoğlu “Sofi” adlı hekayəsi ilə qaqauz yazılı ədə­biy­yatında nəsr janrının əsasını qoymuş olur. Hekayə belə baş­layır: “Sandıkçı İvançunun kızı, Sofi, orta boyda bir kız, tuyan, siması kula, maavi gözlü, suratı tombarlak. Nicä da olsa gözal bir kız. Lafına sıkı, kızlarlan pek şımarmeer. Küüdä yedi klass bitirdiydi. Onun bobası ellibeş yaşında, ilerdan fukaraydı, çuval kol­tuunda imeelik aarardı, zera imeelii kışın ortasında bitardi. Şkolada üç yıl sade üürenmişti, ama kafalıydı. Esapta üüre­diciylän tutunurdu. Ama, biraz çokça içardi. Kimar gün, bir sotka rakı içtiynan, şkolaya gelirdi. Urok aralığında uşakların ortalanna girirdi da onnara aklıncak türlü zor zadaçilar verirdi. – Ha bakalım, studentlar, bu zadaçiyi yapabileceniz mi, – uzun, san kaşlann altından gülümseyräk deyärdi. Sofi yedi klass bitirdiktän sora kır brigadasına işlemää girdi. İşindä çalışkandı hem kantarcı diildi, nicä başkaları bulunurdu. Ne iş tä ona verselär, o küsüş yapmazdı. Kolxozun predse­dati­lisi gördü, ani Sofi işi sever, hem becerikli, onu inek saamaa koydu. Sofi burada da ii üstünlüklär gösterdi. Birdän bira saamaa pek becerämäzdi, ama birkaç aftadan sora ii esap aldı, nicä eski saacıykalar saayardılar da tez kolayını aldı da başladı onnardan üstün çıkmaa. Burada da Sofi çok vakit işlämedi. Bir yıldan sora onu süt fermasına zavedyüşçiy koydular, zerä o isleecä kiyat bilirdi. Sofi işini sevärdi, hem savaşırdı sotialist yarışında başka kolxozların saacıykalanndan üstün çıksın...”“Sofı” hekayəsi Sovet dövründə oxuduğumuz əmək qəh­rə­manından bəhs edən onlarla hekayələrdən biridir. N.Tanasoğlunun “Şu yolunda”, “Pahalı Çadırım”, “Mane­ler”, “Geç güz”, “İlk yaz geldi”, “Yaz”, “Yaz yağmuru”, “Oku­la”, “Pek islä” və b. şeirləri ilə yanaşı, poema, ballada və hekayələrindən “Güme kuşları”, “Tudoranın düğünü”, “Sofi”, “Yuvan oğlular”, “Beşqa Qaqauzlar” adlı əsərləri oxucular arasında daha məşhurdur. Şair ana dilini zənginləşdirmək, soydaşlarının dünya klas­siklərinin əsərlərini doğma dillərində oxumaları üçün tərcü­məyə də xüsusi diqqət yetirmişdir. Belə ki, “Müfəttiş”, “Taras Bulba” (N.Qoqol), “Borodino” (M.Lermontov), “Uşaqlığım­dan” (İ.Karnege), “Qış axşamı” (A.Puşkin), “Boran” (L.Tols­toy), “Cırcırama və qarışqa” (İ.Krılov), “Aslan və milçək” (La Fonten) və b. əsərləri ana dilinə tərcümə etmişdir. Nikolay Tanasoglu Deniz (Dionis) Tanasoğlunun atasıdır.

T.Arnaut yazır: “Bu iki şair (N.Arabacı və N.Tanasoğlu – Ə.Ç.) Bucağın ecelini, halkın o zamanki durumlara göre sı­kıntılarını dile getirmiş Gagauz edebiyatın temel atılmasında böyük çabalar göstermişlerdir”

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nikolay Tanasoglu is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Nikolay Tanasoglu
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes