peoplepill id: nazim-ibrahimov-1
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Gender
Male
Place of birth
Baku, Russian Empire
Place of death
Baku, Russian Empire
Age
84 years
Education
Baku State University
The details (from wikipedia)

Biography

Nazim Sadıq oğlu İbrahimov (1 fevral 1935(1935-02-01), Bakı1 sentyabr 2019(2019-09-01), Bakı) — publisist, naşir, jurnalist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986).

Həyatı

İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olmuşdur.

Fəaliyyəti

1957–1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971–1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980–1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993–2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub.

1975-ci və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub.

"Prezident Heydər Əliyev", "Zərifə Əliyeva" kimi fundamental kitabların, həmçinin, "Üzeyir Hacıbəyov", "Cəlil Məmmədquluzadə" ensiklopediyalarının baş redaktoru və 10 cildlik Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü olub. Bir sıra kitabların müəllifi və tərtibçisi olub.

1995–2004-cü illərdə Olimpiya Komitəsinin üzvü, Azərbaycan Tennis Federasiyasının prezidenti, həlledici səslə Beynəlxalq və Avropa Tennis Federasiyasının üzvü olub.

2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin məsul katibi olub.

Ailəsi

İki övladı və dörd nəvəsi olmuşdur.

Mükafatları

  • "Xalqlar Dostluğu" ordeni
  • "Qırmızı Əmək Bayrağı" ordeni
  • "Şərəf Nişanı" ordeni
  • "Humay" mükafatı — 2000
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nazim İbrahimov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Nazim İbrahimov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes