Nazim Garayev
Quick Facts
Biography
Nazim Qarayev (Qarayev Nazim Əliheydər oğlu; 6 mart 1927, Bakı) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsinin baş elmi işçisi.
Həyatı
Qarayev Nazim Əliheydər oğlu 1927-ci il martın 6-da Bakıda anadan olub. Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. 1950-1955-ci illərdə Leninqradda "Geofizuqlerazvedka" trestinin texniki rəhbəri, sonra isə seysmik və kompleks partiyanın baş mühəndisi vəzifəsində işləyib. 1955-ci ildən N.Qarayev Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun (ÜİETGİ) Leninqrad filialında nöqtəvi seysmik zondlama metodu ilə regional tədqiqatlar geofiziki partiyasının texniki rəhbəri, sonra isə seysmik laboratoriyanın rəhbəri olub, 1961-ci ildə bu laboratoriya Ümumittifaq Geoloji Kəşfiyyat İnstitutuna (ÜİGKİ) köçürülüb. 1956-1959-cu illərdə N.Qarayev öz müəllimləri – görkəmli alimlər İ.S.Berzon və İ.P.Kosminskayanın təkidi ilə Leninqrad Dağ-Mədən İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
Təltif və mükafatları
- "Rusiya Federasiyasının Əməkdar Elm və Texnika Xadimi" (1994).
- "Əməkdə fərqlənməyə görə" medalı