peoplepill id: nazil-canibeyov
NC
Azerbaijan
1 views today
1 views this week
Nazil Canibeyov
Azerbaijani chemist

Nazil Canibeyov

The basics

Quick Facts

Intro
Azerbaijani chemist
Work field
Gender
Male
Place of birth
Baku
Place of death
Baku
Age
74 years
The details (from wikipedia)

Biography

Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 9 may 2017, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor.

Həyatı

21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Elmi dərəcəsi: Kimya elmləri doktoru Elmi rütbəsi: Professor Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:02.00.13 - Neft kimyası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 185 Xaricdə çıxmış elmi əsərlərin sayı: 98 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 35

Əsas elmi nailiyyətləri

Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.

Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir. Kobalt saxlayan ditiofosfat-kompleksi həm ESK zavodunda, həm də Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurlu sənaye sınaqdan keçmişdir.

Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparır. Alınmış nəticələr göstərir ki, bu tip katalitik sistemlər həm aktivliyə və selektivliyə, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.

Elmi-təşkilati fəaliyyəti

  • NKPi-nin nəzdində fəaliyyət göstərən doktorluq müdafiəsi üçün İxtisaslaşmış Elmi Şüranın, üzvü.
  • “Neft-kimyası və neft emalı prosesləri” və “Kimya problemləri” jurnallarının redaksiya heyətinin üzvü.
  • Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü.
  • Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi kimya İnstitutunun nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü.
  • NKPİ-nin nəzdində 02.00.13 - Neft kimyası, 05.17.07 - Yanacaq və qazın kimya texnologiyası ixtisasları üzrə D. 01.031 Dissertasiya Şurasının üzvü,
  • NKPİ-nin Elmi Şurasının üzvü

Təltif və mükafatları

  • SSRİ-nin "Fəxri ixtiraçı" döş nişanı;
  • Dövlət orqanlarının və AMEA-nın Fəxri Fərmanları,
  • “Avropa Nəşr Mətbu Evi”-nin Qızıl medalı.

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nazil Canibeyov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Nazil Canibeyov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes