peoplepill id: nasir-ahmadli
NA
Azerbaijan
1 views today
1 views this week
Nasir Ahmadli
Azerbaijani journalist

Nasir Ahmadli

The basics

Quick Facts

Intro
Azerbaijani journalist
Gender
Male
Place of birth
Alakol, Tovuz District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
79 years
Education
faculté de journalisme de l'université d'état de Bakou
Azerbaijan
Employers
AzTV
Azerbaijan
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
Awards
Honored Journalist of Azerbaijan
 
Орден Труда 3 степени
 
Baku State University 100th anniversary medal
 
The details (from wikipedia)

Biography

Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü.

Həyatı

Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunmuşdur.

Əmək fəaliyyəti

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.

"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.

Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.

Tədqiqat sahəsi

  • Jurnalistin nitq mədəniyyəti
  • KİV xaricə siyasi informasiya yayımı sistemində
  • Beynəlxalq radio yayımı
  • Televiziya jurnalistikası
  • Beynəlxalq jurnalistika və s.

Mükafatları

  • 2006 – "Media açarı"
  • 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı
  • 2010 – "Cəsarətli qələm"
  • 2010 – Əməkdar jurnalist
  • 2011 – BDU-nun Fəxri fərmanı
  • 2012 — BDU-nun Fəxri fərmanı
  • 2012 – I dərəcəli Ali Media Mükafatı
  • 2014 — Mətbuat Şurasının diplomu
  • 2016 – Mirzə Cəlil Ali Media Mükafatı
  • 2017 – BDU-nun Fəxri fərmanı
  • 2019 — III dərəcəli "Əmək" ordeni
  • "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı

Kitablar

  • Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s.
  • Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: "İşıq", 1990, 112 s.
  • Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: "Yeni nəsil", 2002, 120 s.
  • Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2003, 220 s.
  • Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2004, s.
  • Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во "Bakı Universiteti", 2004, с.
  • Jurnalistin nitq mədəniyyəti. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2005.
  • Korifeylərin portretləri. Bakı: "Nurlan", 2008, 280 s.
  • Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s.
  • "Jurnalistika" ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 24 s.
  • Con Milton və onun "Areopagitika" əsəri.Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2011, 120 s.
  • Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: "Elm və təhsil", 2014, 280 s.
  • M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s.
  • Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: "Nural-nəşr", 2020, 45 s.
  • Sən oldun (Seçilmiş şeirlər və tərümələr). Bakı: ADNSU-nun mətbəəsi, 2021, 100 s.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nasir Ahmadli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Nasir Ahmadli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes