Narmin Kamal
Quick Facts
Biography
Nərmin Kamal - yazıçı
Həyatı
"Umberto Eco və Postmodernizm fəlsəfəsi", "Aç, mənəm" (2010, Qanun) və "Küçədən keçən adam haqda yazılar" (2017, Alatoran Yayınları) kitablarının müəllifidir. Beynəlxalq mediada və bir sıra ədəbi almanaxlarda yazıları nəşr olunub. 2008-ci ildə Almaniyanın nüfuzlu Young Euro Connect esse yarışmasının Avropa ölkələrinin yazıçıları arasında keçirilən "Avropa qardaşlıq icmasıdırmı?" müsabiqəsində qalib olaraq, Berlin və Münhenə öz essesini alman auditoriyası qarşısında oxumaq üçün dəvət olunub. 2011-ci ildə Avstriyanın paytaxtı Vyanada Milo Dor təqaüdü qazanaraq, Kulturkontakt Yaradıcılıq evində rezident yazıçı olub.
1997-2007-ci illərdə Bakı Dövlət Universitetində Fəlsəfə üzrə bakalavr (fərqlənmə), magistratura (fərqlənmə) və AMEA Fəlsəfə İnstitutunda aspirantura təhsili alıb. Aspiranturada oxuduğu müddətdə Avropa Birliyinin Altıncı çərçivə proqramının Qoşa elmi rəhbər layihəsi ilə Navarra Universitetində qonaq tədqiqatçı və Boloniya Universitetində fəlsəfə tarixi üzrə Erasmus proqramı tələbəsi olub.
Norveç yazıçısı Jostein Gaarder'in fəlsəfə tarixi haqqında "Sofinin dünyası" (2011, Qanun nəşriyyatı) romanını Azərbaycan dilinə tərcümə edib.
Uzun müddət BBC Azərbaycan xidmətində publisistik yazılar yazıb, özəl universitetlərdə fəlsəfə tarixi üzrə mühazirələr oxuyub.
Mükafatları
- 2010 Nəsimi mükafatı - "Aç, mənəm!" (2010, Qanun)
- 2010 Qadın Forumunun təşkilatçılığı və Britaniyanın Bakıdakı səfirliyinin dəstəyilə keçirilən "Azərbaycan qadınının həyatı və düşüncələri" esse yarışmasında birincilik
- 2011 Azadlıq radiosunun Gənc romançı mükafatı
- 2015 Rafiq Tağı mükafatı
Kitabları
- Umberto Eco və Postmodernizm fəlsəfəsi Bakı, "Qanun",2008 (birinci nəşri), 2012 (ikinci nəşri)
- "Aç, mənəm!" romanı, Bakı, "Qanun", 2010
- "Küçədən Keçən Adam haqda yazılar"(esselər toplusu), "Alatoran yayınları", 2017