Namig Aliyev (martyr
Quick Facts
Biography
Namiq Əliyev (tam adı: Namiq Kamil oğlu Əliyev; 19 iyul 1965, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
Həyatı
Namiq Əliyev 1965-ci il 19 iyulda Bakıda anadan olmuşdur. 190 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, «Zümrüd» restoranında aşpaz işləmişdir. Subay idi.
Qanlı Yanvar faciəsi
Yanvarın 19-da səhər işə gedib. Həmin tarixdən sonra bir daha evə qayıtmayıb. Bacısı Sevdanın dedikləri:
— O gecə qardaşımı nə qədər gözlədiksə, gəlib çıxmadı. Üç bacının iki əli oldu, bir başı. Səhəri diri gözlü açdıq. Yenə gəlib çıxmadı. Başladıq axtarmağa. Şəhərdə axtarmadığımız xəstəxana qalmadı. Yanvarın 22-də qonşumuz Hüseynov Mirzə zəng edib bizə dedi ki, ona oxşar bir nəfəri Semaşko xəstəxanasından Göy məscidə aparıblar. Xalam oğlanları Bağırov Oqtay və Musayev Qabillə məscidə getdik. Həmin gün Şəhidlərin dəfn günü idi. Meyidləri yuyub maşına qoymuşdular. — Şəhidlər xiyabanına aparmağa. Maşına qoyulan meyidlərə baxdıq. Aman allah, düşmənimə də qismət eləməsin bu günü. Namiq onların içində idi. Üç bacının bir qardaşını evə gətirdik. |
Anası Şərqiyə Bağırovanın (şəhid Rüstəm Əliyevə istinadən) sözlərinə görə, Namiq işlədiyi yerdən geri dönərkən maşın tapmadığından Bəsti Bağırova küçəsinə enmiş, orada 123 nömrəli marşrutda sürücü olan dostu Rüstəmi görmüşdür. Rüstəm ona küçələrdə olan ölüləri və yaralıları daşımağı təklif etmiş, Namiq də razılaşmışdır. Onlar 1-ci dəfə 13 ölünü daşımağa müvəffəq olmuş, lakin Namiq geri qayıdanda "Olimp" mağazasının yanından yuxarı çıxmağa çalışarkən atəşə məruz qalmış, ürəyinə və gicgahına dəyən 2 güllədən hadisə yerindəcə həlak olmuşdur.
23 yanvar tarixində Şəhidlər xiyabanında dəfn edilib.