peoplepill id: najmaddin-huseyov
NH
Russia Azerbaijan
1 views today
1 views this week
Najmaddin Huseyov
Painter

Najmaddin Huseyov

The basics

Quick Facts

Intro
Painter
Work field
Gender
Male
Place of birth
Çaylı, Qazakh, Gazakh District, Azerbaijan
Age
69 years
Education
Azim Azimzade Art School
(1977-1981)
The details (from wikipedia)

Biography

Nəcməddin Musa oğlu Hüseynov (12 iyun 1955, Çaylı, Qazax rayonu) — rəssam, Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü, Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü. Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü. Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü

Həyatı

Rəssam Nəcməddin Musa oğlu Hüseynov 12 iyun 1955-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Çaylı səkkizillik məktəbin birinci sinfinə 1965-ci ildə daxil olub, 1973-cü ildə başa vurub. Doqquzuncu və onuncu sinifləri isə 1973–1975-ci illərdə Çaylı orta məktəbində davam etdirib. Tatarıstanda il yarım hərbi xidmətdə olub.

1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.

Yaradıcılığı

Nəcməddin Hüseynov incəsənətin ən parlaq, parlaqlığı qədər də mürəkkəb olan rəssamlıq kimi qədim sənətin yaradıcılıq pillələrinə hələ orta məktəbin üçüncü sinifdə oxuyarkən qədəm qoymuşdur. Rəssam, daxili gözəlliyi ilə həyatın obyektiv cizgilərini üst-üstə qoyaraq, sehrli fırçasından axan əlvan boyalarla güclü əsərlər yaratmış, əsərlərdə öz sözünü və fikirlərini aydınca ifadə edə bilmişdir. O, bütün janrlarda yaratdığı dilsiz-ağızsız portretlərdə təsviri o qədər real və xətasız işləmişdir ki, əsərlərə tamaşa edərkən ondan soyuqqanlıqla və xəyallara dalmadan kənarlaşmaq mümkün deyildir. Məhz bu baxımdan şərqin ən böyük alimlərindən olan akademik Xudu Məmmədov rəssam Hüseynovun əsərlərinə baxarkən "Siz şairsiniz" — deyə onu dahiyanə qiymətləndirmişdir.

Qeyd etmək lazımdır ki, Nəcməddin Hüseynov ilk növbədə fikir rəssamıdır. Onun süjetli əsərləri və portretləri insanı düşündürür, mənzərələri tamaşaçını ətrafına, gerçəkliyə diqqətlə baxmağa məcbur edir. Onun «Qaçqınlar», «Hücumdan sonra», «Xocalı faciəsi», «Həlledici an», «Müharibəli Novruz», «Savaşın sonu» və «Rejim» əsərlərində müstəqillik dövründə tuş gəldiyimiz təzadlı hadisələr, tarazlığı pozulmuş haqq-ədalət tərəzisinə münasibət özünün obrazlı-assosiativ bədii həllini tapıb. «Müharibəli Novruz»dakı görüntü sözün əsl mənasında rəssamın bədii tanıntısıdır. Boşqabın içərisində bir-birinə «qısılmış» güllələri dövrələyən al parça, mizin üzərindəki iki əl qumbarası qırmızı yerliyin qarşısında çox həyəcanlı qəbul olunur. «Savaşın sonu» əsərində isə kətanı atılmış top gülləsinin üzəri ilə əvəzləyən rəssam, təsvir etdiyi bir ayağını itirmiş qoltuq ağaclı müharibə veteranı ilə ədalətsiz nəticəni çağırışa çevirməyə nail olub. Belə təsvirin önündə yağı düşmənə qarşı nifrət hissini boğmaq çox çətindir.

Rəssamın çəkdiyi portretlərdə də təsvir olunanların daxili aləminə əsl sənətkar nüfuzu duyulur. Bu səbəbdən də onun «Mustafa kişi»si, «Bizim qonağ»ı, «Keçəl»i, «Aygün»ü, «Mənim babam»ı, «Xəyalə»si, «Ömrün payızı», «Təbəssüm»ü, «Portret»i psixoloji yükünə və bədii vasitələrin təsirliliyinə görə özünəməxsusdur.

Nəcməddin Hüseynov çəkdiyi çoxsaylı mənzərələrdə isə ovqat ifadəçisidir. «Külək», «Bizim məhəllə», «Ay işığı», «Göyəzən», «Çaylı», «Noyabr» və s. əsərlərində təbiətin və günün müxtəlif anlarının yaddaqalan, duyğulandırıcı bədii həllini tapıb.

«İstək», «Sevinc», «Təbəssüm», «İblis», «Şeytan», «»Fikrimin sübh çağı, «Bir dünya» əsərlərindəki şərtilik, stilizə və deformasiyalar isə rəssamın yaradıcılığındakı evolyusiyanın təzahürü olmaqla yanaşı, həm də onun yaşantılarını fəlsəfi qayə ilə bələyə bilməsinin görüntüsüdür. Bütünlükdə isə Nəcməddin Hüseynovun duyğularının gerçəkləşdirə bildiyi görüntülərini duyulası bədii-estetik məziyyələrinə görə uğurlu və yaddaqalan hesab etmək olar. Rəssam bütün insanları üçüncü - ata-anasının yaratdığı varlıq kimi qəbul edir. Yəqin ki, bu ifadəni bilavasitə yaradıcı insanlara, o cümlədən Nəcməddin Hüseynova yönəltməli olsaq, onun yaratdıqlarını da üçüncülərdən hesab etmək olar. Özü də əbədiyyət qazanmışlarından....

Sərgilər

1988-ci ildə UNESCO-nun xətti ilə Gəncədə keçirilən sərgiyə dəvət olunub.

Rəssamın Qazax rayon Dövlət Rəsm Qalereyasında (1999-cu il martın 20-də), yaşadığı Çaylı kəndinin mədəniyyət evində (2001-ci il mayın 22-də), Bakı Şəhərində (2018-ci ildə) sərgisi keçirilib. Keçirilən bu sərgilərdə 200-dən artıq müxtəlif illüstrasiyalarda rəsm əsərləri nümayiş etdirilib. Bu sərgilər rəssam Hüseynovun yaradıcılığına şöhrət qazandırıb.

2006-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rəssamın "Üçüncülər" adlı Rəsm toplusu (kataloq) işıqüzü görmüşdür.

Mükafatlar

Rusiyada Beynəlxalq Müasir İncəsənət Akademiyası və Rusiya Peşəkar Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Art Excellence Awards 2020" müsabiqəsində "Mənim Babam" adlı Əsəri Qızıl Medala layiq görülmüşdür.

Avropa Təbiət Elmləri Akademiyasının Fəxri Medalı.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Najmaddin Huseyov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Najmaddin Huseyov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes