peoplepill id: mustafa-suleymanov
MS
Azerbaijan
1 views today
5 views this week
Mustafa Suleymanov
Azerbaijani actor

Mustafa Suleymanov

The basics

Quick Facts

Intro
Azerbaijani actor
Gender
Male
The details (from wikipedia)

Biography

Mustafa Süleymanov — Azərbaycanlı aktyor

Həyatı

Mustafa Süleymanov bildirir ki, həyatının ilk dönəmlərində futbolçu olmaq istəyirdi. Lakin bir gün dostu ilə birlikdə Akademik Milli Dram Teatrında "Göy quş" tamaşasına gedirlər. Həmin gündən aktyor olmağa qərar verir.

O, aktyorluğa 1940-cı ildə Ağdam Dövlət Dram Teatrında başlayıb. 1949-cu ilə kimi burada çalışıb. "Vaqif" əsərində ayrı-ayrı vaxtlarda Vaqifi, Eldarı, Qacarı, "Vəfa"da kapitan Bahaduru, "Eşq və İntiqam"da Çingizi, "Fərhad və Şirin"də Fərhadı, Şapuru, Xosrovu, "Oqtay Eloğlu"da Oqtayı, "Məşədi İbad"da Sərvəri, "1905-ci il"də general-qubernatoru canlandırıb.

Səhnədə güllələnməsi

Mustafa Süleymanov 1942-ci ildə "Qatır Məmməd"i tamaşasında Qatır Məmmədi, Əkbər Rəcəbov isə pristav rolunu oynayır. O həmin günü belə xatırlayır:

"Qatır Məmmədlə pristavın üz-üzə gəldiyi bir səhnəni oynamalıydıq. Əkbər hələ gəlib çıxmamışdı. O vaxt hərbi dərsə gedirdi, tüfəng atmağı öyrənirdi. Nəysə, onu başqası əvəz elədi. Mən də başladım rolumu oynamağa. Bir də gördüm ki, Əkbər səhnənin ortasındadı. Demə, o ki var içər, sona tüfəngi götürər ki, gedirəm, Mustafaya göstərəm əsl pristav necə olur? Bundan heç kəs xəbər tutmaz, çıxar səhnəyə...

Tüfəngi mənə tuşlayıb başladı sözlərini deməyə: -...Mağarada tək qalmış pələng... Mən də cavab verirəm: -...Qurdun adətidi sürüylə gəzmək... - Bil ki, bu məğrurluğun ölümdü sana... Nəysə, bir xeyli deyişdik, İndi silahla məni vurmalıdı. Tüfəng həqiqətən açıldı, düz çənəmi tuşlayıbmış. Qan məni götürüb getdi. Huşumu itirdim, xəstəxanaya apardılar. Üç ay müalicə olundum. Qəlpə üç dişimi çıxartmışdı. Dilimin altından keçib boyun sümüyümü dəlmişdi. Hələ də boynumdadı, 56 ildir ki, məni incidir ”.

"

Müharibədən sonra

Müharibə bitdikdən sonra vəziyyətin ağırlığından teatrların birləşməsi prosesi başlayır. Onun çalışdığı Ağdam Teatrını Füzuli rayonuna köçürürlər. Adı dəyişdirilib Qaryagin Dövlət Teatrı olur. O burada 1949-cu ildən 1951-ci ilə kimi çalışır, "Leyli və Məcnun"da İbn Səlamı, "Əsli və Kərəm"də şah rolunu oynayır.

Daha sonra Quba Dövlət Dram Teatrına gedir. 400 dəfə Seyx Sənan kimi səhnəyə çıxır. Daha sonra fəaliyyətinə Akademik Milli Dram Teatrında davam edir.

Filmoqrafiya

  1. Qanun naminə (film, 1968)
  2. O qızı tapın (film, 1970)
  3. Bakıda küləklər əsir (film, 1974)
  4. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV)
  5. Qorxma, mən səninləyəm
  6. Evlənmək istəyirəm (film, 1983)
  7. Günahsız Abdulla (film, 1984)
  8. Cin mikrorayonda (film, 1985)
  9. Sizi dünyalar qədər sevirdim (film, 1985)
  10. Küləyapardı (film, 1986)
  11. Məsləhət (film, 1988)
  12. Yaşa, qızıl balıq (film, 1988)
  13. Sarıköynəklə Valehin nağılı (film, 1980)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mustafa Suleymanov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mustafa Suleymanov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes