peoplepill id: murtuz-quliyev
MQ
1 views today
1 views this week
The basics

Quick Facts

The details (from wikipedia)

Biography

Murtuz Quliyev (tam adı: Murtuz Heydər oğlu Quliyev; d.6 fevral 1920, Ağdam r. Gülablı k. - ö. 1979, Bakı) — general-mayor, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat.

Həyatı

Murtuz Heydər oğlu Quliyev 1920-ci il fevralın 6-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdu. Orta təhsildəb sonra taleyini hərbi xidmətə bağlayan Murtuz 1937-ci ildə Xarkov Hərbi Rabitə Məktəbinə daxil olmuşdur. 1939-cu ilin dekabrında məktəbi bitirəndən sonra 9-cu ordunun əlahiddə tank batalyonuna rabitə rəisi göndərilən M.Quliyev 1939-40-cı illər sovet-fin müharibəsi cəbhəsində ilk döyüş sınaqlarından keçmişdir.

Döyüş fəaliyyəti

1941-45-ci illər Böyük Vətən müharibəsi başlananda 18-ci tank diviziyası 2-ci batalyonunun idarəetmə bölüyünün komandiri olan ixtisaslı hərbiçi leytenant Quliyev sonradan xidmətini qərb cəbhəsində tank batalyonunun rabitə rəisi kimi davam etdirmişdi. Döyüş şəraitində rabitə bölmələrinin rolu xeyli artırdı. Müharibənin əvvəllində qoşunlarımızın sərəncamında olan rabitə vasitələri döyüş vəziyyətində etibarlı idarəetməni təmin edə bilmirdi. Bundan əlavə, bu vasitələr həmçinin çox məhdud idi. Köhnəlmiş radio cihazlarının məftilləri qırılanda qoşunları yönəltmək mümkün olmurdu. Bu şəraitdə rabitəçilərdən yüksək peşəkarlıqdan savayı böyük hünər də tələb olunurdu. Məhz Murtuz Quliyevdə bu keyfiyyətlər var idi. 1942-ci ildə ona verilən döyüş xasiyyətnaməsində deyilirdi: "18-ci tank diviziyası 2-ci batalyonunun sonra isə 127-ci tank briqadasının rabitə rəisi olan leytenant Quliyev döyüş şəraitində rabitəni elə qurmuşdu ki, vuruşan batalyonun mükəmməl idarəsi həmişə təmin olunur və bunun sayəsində batalyon alay və briqada komandanlığının əmrlərini adətən yerinə yetirirdi" M.Quliyev İkinci Dünya müharibəsi gedişində mühüm dönüş nöqtəsinə çevrilmiş Moskva uğrunda döyüşün iştirakçısı idi. Onun döyüş xasiyyətnaməsində deyilirdi: "Leytenant Quliyev həmişə şəxsən hücumlarda iştirak etmiş, özünü cəsur və fədakar komandir kimi göstərmişdir. O dəfələrlə öz təşəbbüsü ilə hərbi bölmələri uğurla irəli aparır, bununla da rota komandirlərinə radio vasitəsilə hissələri necə idarə etmək lazım olduğunu öyrədirdi". Moskva ətrafındakı döyüşlərdə yaralanan Quliyev müalicə olunmaq üçün hospitala göndərilmişdir. Bu dövrdə artıq rabitə hissə və bölmələrinin sayı xeyli artmışdı. Qoşunlar yeni radiostansiyaları ilə təchiz edilir, daha mükəmməl teleqraf və telefon cihazları alırdı. Müharibə gedişində rabitə qoşunlarının sayı 4 dəfə artmışdı. Təcrübə qazanan, yeni texnikanı mənimsəyən rabitəçilər qoşunların aramsız idarə edilməsinin təmin olunması üzrə mürəkkəb vəzifələri daha uğurla yerinə yetirirdi. Bunun üçün yüksəkixtisaslı peşəkarlar tələb olunurdu. Murtuz Quliyev hospitalda müalicəsini başa vurandan sonra Moskvaya, komandir heyətinin təkmilləşdirilmə kurslarına göndərilmişdir.

Diviziya komandiri kimi

1942-ci ilin avqustunda təlimi bitirən M.Quliyevin həmin kurslarda rabitə müəllimi təyin olunması onun peşəkarlığına şəksiz dəlalət edirdi. Burada o 1942-ci ilin dekabrınadək işləmişdir. Sonradan isə yenidən döyüşən orduya Zaqafqaziya cəbhəsi 15-ci süvari korpusu rabitə rəisinin köməkçisi, daha sonra ordunun rabitə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir. 1945-ci ilin qələbə günlərində kapitan M.Quliyev 4-cü Ordu 15-ci süvari korpusu 19-cu əlahiddə rabitə divizionunun komandiri idi. Müharibədən sonra orduda xidmətini davam etdirən M.Quliyev biliklərinin artırılması üzərində əzmlə çalışmış, 19-cu əlahiddə rabitə divizionunun komandiri idi. Müharibədən sonra orduda xidmətini davam etdirən M.Quliyev biliklərinin artırılması üzərində əzmlə çalışır, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, 1954-cü ildə Sovet Ordusu Rabitə Akademiyasını qiyabi surətdə bitirərək, ali təhsilli rabitəçi zabit diplomunu almışdır. Təcrübəli zabit podpolkovnik Murtuz Quliyev Sovet Ordusunda məsul vəzifələr tuturdu. 1968-ci ildə ona rabitə general-mayoru rütbəsi verilmişdir. 1969-cu ildə isə M.Quliyev Azərbaycan SSR Hərbi Komissarı təyin olunmuşdur. O Azərbaycan SSSR Ali Sovetinin 7-9-cu çağırış sessiyalarının deputatı idi.

Mükafatları

İlk hökumət mükafatını - Qırmızı Ulduz ordenini Murtuz Quliyev 1942-ci ildə "batalyonda mükəmməl rabitə quraraq onun yaxşı idarə edilib hücumlarda birbaşa iştirakına imkan yaratdığına görə" almışdır. Bundan sonra o 2-ci dərəcəli Vətən müharibəsi, "Şərəf Nişanı" ordenlərinə layiq görülmüş, medallarla təltif olunmuşdur.

Mənbə

  • "Azərbaycan generalları" Kataloq. - Bakı, "Elm", 2005, səh. 151-153
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Murtuz Quliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Murtuz Quliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes