Mursal Badirov
Quick Facts
Biography
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931 – 26 fevral 2003) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1979).
Həyatı
Mürsəl Bədirov Dağıstanda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizod rollar oynayıb. 1956-cı ildə təhsilini başa vurub və Opera və Balet Teatrına solist götürülüb.
Mürsəl Tağı oğlu Bədirov Dağıstanda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət konservatoriyasının vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizod rollar oynayıb. 1956-cı ildə təhsilini başa vurub və Opera və Balet Teatrına solist götürülüb. Mürsəl Bədirov teatrda işlədiyi illərdə xeyli tamaşada oynayıb. Onun Jorj Bizenin "Karmen" (Eskamilo və Morales), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puç-çininin "Toska" (Sezar Anjelotti), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsamn taleyi" (Andrey SOkoIOV), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər), milli bəstəkarlarımızdan Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa etdiyi partiyalar uğurlu sənət nailiyyətləridir. Səhnə sənətində və vokalçı kimi qazandığı uğurlara görə Mürsəl Bədirov 29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar artisti və 23 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.
26 fevral 2003-cü ildə Bakıda vəfat edib.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti — 29 iyun 1964-cü il
- Azərbaycan SSR xalq artisti — 23.02.1979
- Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü-3 dekabr 2001-ci il
Filmoqrafiya
- Sevil (film, 1970)