Murad Teymurxanov
Quick Facts
Biography
TEYMURXANOV Murad Zabir oğlu (3.1.1899, Dağıstan - ?) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarınaəsasən, dövlət hesaba almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı
Teymurxan-Şura real məktəbini bitirmişdir (1918). Parlamentin "Azərbaycan vətəndaŞlığı haqqında" 1919 il 11 avqust tarixli qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan vətəndaŞlığını qəbul etmiŞdir. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən. təhsilini nəqliyyat sahəsində davam etdirmək üçün Karlsruhe Şəhərinə (Almaniya) göndərilmiŞdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında Temurxanovun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aŞkar olunmamıŞdır.