peoplepill id: murad-niyazli
MN
Azerbaijan Armenia
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Birth
Place of birth
Nerkin Shorzha, Gegharkunik Province, Armenia
Place of death
Shamkir District, Azerbaijan
Age
72 years
Awards
Honored Culture Worker of the Azerbaijan SSR
 
The details (from wikipedia)

Biography

Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair.

Həyatı

Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur.

Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir.

Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar.

Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır.

1952-1954-cü illərdə hərbi xidmətdə olub.

Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.

1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub.

Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir.

Yaradıcılığı

Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb.

Gülyaz və Gülyanaq Məmmədova bacılarının oxuduğu məşhur "Gilənar" (söz:Səfər Verdiyev, musiqi:Aşıq Murad Niyazlı) mahnısının musiqisini Aşıq Murad Niyazlı bəstələməşdir.

Murad Niyazlı ömrünün xəzan çağında yaşayanda belə Şəmkir rayonunda yazıb-yaratdı. Aşıq Murad Niyazlı sazın-sözün əsl ustadı kimi el arasında çox məşhur olmuşdur. "Harda türk var, mən ordanam" adlı kitabda aşığın müxtəlif illərdə yazdığı şeirlər və bir qəhrəmanlıq dastanı toplanmışdır.

Kitabları

  • "Harda türk var, mən ordanam" (Şeirlər və dastan). (tərt.ed. F.Sədiyev ; red. H.Əli.) - Bakı: Təknur, 2004. - 256 səh. - 1000 nüsxə. - ISBN 5-86774-213-14
  • "O elə dünyaydı bu belə dünya"
  • "Niyazlı ocağı"
  • "İnsandanmı küsüm, zəmanədənmi"
  • Ağır ellər ozanıyam: [şeirlər] / tərt., ön söz müəl. S.Alıyev; red. M.P.Qasımlı; Azərbaycan Aşıqlar Birliyi. - Bakı: Zərdabi LTD MMC, 2018. - 152 s.

Musiqi albomları

  • Aşıq Murad Niyazlı. Agır ellər ozanıyam [Səsyazma] / Aşıq Murad Niyazlı. - Bakı, 2018. - 1 el. opt. disk (CD-DA).

Təltifləri

Murad Niyazlı Ümumittifaq festivalı laureatı olmuş, "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, Bakı, Gəncə Xalq Yaradıcılığı Evlərinin, Şəmkir rayon Partiya və İcraiyyə Komitələrinin fəxri fərmanları ilə təltif olunmuşdur.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Murad Niyazli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Murad Niyazli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes