Murad Abdulla
Quick Facts
Biography
Murad Mahir oğlu Abdulla — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, FİDE ustası (2017), 2017 və 2018-ci illərdə kişilər arasında Şotlandiya çempionatının qalibi.
Həyatı
Erkən yaşlarından şahmatla məşğul olub. Şotlandiya KİV-ləri onu 2010-cu ildə Şotlandiyanın Aberdin şəhərində keçən turnirdə güclü oyununa görə "Nəhəng öldürən" adlandırmışlar. 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanmışdır.
2017-ci ildə Şotlandiyanın Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub. Çempionat zamanı Muradın cəmi 16 yaşı var idi.
2018-ci ildə Murad eyni uğuru təkrarlayaraq, Şotlandiyanın kişilər arasında ikiqat şahmat çempionu olub. Eyni ildə, həmçinin, Batumidə keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb.