peoplepill id: mina-xanim-mirzayeva
MXM
Georgia
1 views today
1 views this week
Mina xanim Mirzayeva
Georgian educator

Mina xanim Mirzayeva

The basics

Quick Facts

Intro
Georgian educator
Places
Work field
Gender
Female
Place of birth
Tbilisi, Georgian Soviet Socialist Republic, Soviet Union, Georgia
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Education
Saint Petersburg State University
Saint Petersburg, Russian Empire, Russia
The details (from wikipedia)

Biography

Mina xanım Mirzəyeva (TbilisiBakı) — Azərbaycanın ilk ziyalı qadınlarından biri, 1923-cü ildə nəşr olunan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü, pedaqoq

Həyatı

Mina xanım Mirzəyeva Tiflis şəhərində anadan olmuşdur. Gimnaziyada təhsil almışdı. Sankt-Peterburq Universitetini tamamlamışdı.

Mina xanım 1923-cü ildə "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü idi. Mina xanım Mirzəyeva Sovet dönəmində qadın fəallarından idi və"Mina xala" kimi tanınırdı. "Şərq qadını” jurnalının ilk redaktoru Ayna Sultanova, redaksiya heyətinin üzvləri Azərbaycanın ilk publisist qadını Şəfiqə xanım Əfəndizadə, görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli, qadın hərəkatının mübariz xadimləri Mina xanım Mirzəyeva və Xanımnaz Əzizbəyova olub. Jurnalın ilk nömrəsi uzun illərdir ki, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Onu 1974-cü il sentyabrın 25-də Azərbaycan SSR əməkdar həkimi Yevsey Gindesin qızı Raisa Gindes ora təhvil verib. Qadın bu nömrədə atasının pediatriya ilə bağlı məqaləsi olduğu üçün onu özündə saxlayıb.

Fəaliyyəti

"Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməlini elə o bir neçə qadın qoydu, onlar həyat yoldaşları və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək, kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra, elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar.

İmtahanlarını üğürla başa vuran xanımlar, azərbaycanlı qadının cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq üçün respublikanın qəzalarına yollandılar. Mina xala Şamaxı qəzasına, Məmmədova Məsmə Xızıya, Ələkbərova Tahirə Göyçay qəzasına, Ağayeva Xanım Lənkəran qəzasına, Əsgərli Bilqeyis Quba qəzasına, Əliyeva Xanım Naxçıvan diyarına, Məmmədova Hökumə Şuşa qəzasına yollanaraq fəaliyyətə başladılar. Əli Bayramov adına klubda ictimai-siyasi fəaliyyətə başlayan, istedadlı təşkilatçılara çevrilən qadınlar: Xavər Şabanova-Qarayeva, Məsmə Xala Ələkbərova, Mina Mirzəyeva, Hökumə Məmmədova, Q.Qədirbəyova, B.Qafarova, M.Mirqədirova, Fatma Hacıyeva, B.Məmmədova, S.Əyyubova, Susanna Mnatsakanova, Bilqeyis Həşimzadə, Sara Talıblı, Ruqiyyə Əzimova və digərləri idilər.

1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirildi".

Ayna Sultanovanın yaxından iştirakı və təşəbbüsü ilə respublikada “uşaqların dostu” cəmiyyəti yaradılmışdı.Cəmiyyətin sədri Ceyran Bayramova idi. Bu cəmiyyət Əli Bayramov adına qadınlar klubunda yerləşirdi. Cəmiyyət ehtiyacı olan ailələrə maddi yardım göstərir, kiçik-kiçik karxanalar və artellər təşkil edir və onlardan gələn gəlirləri uşaqların vəziyyətinin yaxşılaşdırılmasına sərf edirdi. Cəmiyyətin fəal üzvlərindən Ayna Sultanova, Ceyran Bayramova, Mina Mirzəyeva və bir çox başqaları kimsəsiz və yetim uşaqları küçələrdən yığır, onları yeni açılmış uşaq evlərinə yerləşdirirdilər. Həmin illərdə Bakı, Lənkəran, Şamaxı, Gəncə, Nuxa və başqa qəzalarda uşaq evləri təşkil olunur, maarifpərvər qadınlar bu evləri himayəliyə alaraq, kimsəsiz uşaqlara xidmət edirdilər.

Mina xanım Mirzəyeva pedaqoq kimi Darülmüəlliamatda çalışıb. 1926-cı ilin sentyabrında Mədinə xanımQiyasbəyli köhnə ziyalı nəslinə mənsub olduğuna görə vəzifəsindən azad edildikdən sonra, onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir.

Mənbə

  • Mirzoyeva Minaxanım. Unudulmaz xatirələr (Minaxanım Mirzoyevanın söhbəti) Respublikamızı görkəmli qadınları. - Azərbaycan qadını, 1957, № 9, s .16.
  • Xoş günlərin təməlini qoyanlar / Mina Mirzəyeva haqqında/. - Azərbaycan qadını, 1967, № 10, s.6-7.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mina xanim Mirzayeva is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mina xanim Mirzayeva
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes