peoplepill id: mikhail-tuchinsky
MT
Russia
1 views today
2 views this week
Mikhail Tuchinsky
medical scientist, infectionist

Mikhail Tuchinsky

The basics

Quick Facts

Intro
medical scientist, infectionist
A.K.A.
Mikhail Dmitrievich Tuchinsky Tushinskiĭ M. D.
Places
Gender
Male
Place of birth
Saint Petersburg, Tsardom of Russia
Age
80 years
The details (from wikipedia)

Biography

Mixail Dmitriyeviç Tuşinski-(24.I.1882 – 6.I.1962), ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü

Həyatı

Mixail Kərim bəy oğlu24 yanvar 1882-ci ildə Sankt-Peterburqşəhərində doğulmuşdu. Aleksandra Dolqanova yeddi ildən sonra Vergi və İçkilərin Dövlət Satışı Baş İdarəsində məmur işləyən Dmitri Aleksandroviç Tuşinski ilə ailə həyatı qurmuşdu. Ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul eləmiş və ona öz familiyasını vermişdi. Uşağın qayğısı və tərbiyəsi ilə əsasən anası məşğul olmuşdu. Onun hələ kiçik yaşlarında xarakterinin formalaşmasında, gələcək həyat və sənət yolu seçməsində Aleksandra Dolqanovanın mühüm rolu olmuşdu. On yaşına çatanda Mixaili Birinci Peterburq Gimnaziyasına qoydular. Hələ aşağı siniflərdə oxuyarkən onun adı daim əlaçılar sırasında çəkilirdi. Mixail burda klassik latın, yunan alman və fransız dillərini öyrəndi. O, yuxarı siniflərdə oxuyarkən şəhərdə gizli bir təşkilat yaradılmışdı. Bu qurum sosial-demokratların ideyalarına çox yaxın idi. "Öz biliyini inkişaf etdirmək" məqsədilə fəaliyyətə başlayan bu təşkilata həm kişi, həm də qadın gimnaziyalarının şagirdləri daxil olurdular. 1898-ci ildə Mixail də bura üzv yazıldı. Təşkilat üzvləri az bir müddətdə zəngin bir kitabxana da yaratdılar. Gimnaziya tələbələri marksist ədəbiyyatla ilk dəfə burda tanış olurdular. 1900-cü ildə Mixail Tuşinski gimnaziyada səkkizillik tam kursu bitirib, kamal attestatı aldı və universitetə, başqa ali təhsil müəssisələrinə imtahansız girmək hüququ qazandı. O, həkim olmaq arzusunun dalınca getdi, elə həmin il də Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu. Mixailin bu peşəni seçməsi təsadüfi deyildi. Hələ kiçik olanda anasının xəstələri evdə necə qəbul etməsini, həkim – xəstə münasibətlərini maraqla izləyir, tez-tez bu barədə anasına suallar verirdi. Elə anasının canlı nümunəsi, ailədə hökm sürən tibbi mühit, tərbiyə sistemi də onun bu peşəni seçməsinə ciddi təsir göstərmişdi. Bəlkə də, həkimliyə bu maraq qandan gəlirdi. Axı onun damarlarında həkimliyi özünə əbədi peşə seçmiş Əbdülkərim bəy Mehmandarovun qanı axırdı.Akademiyada Mixail sonralar Rusiya fiziologiya məktəbinin banisi olmuş İvan Petroviç Pavlov, məşhur nevropatoloq Vladimir Mixayloviç Bexterev və başqa görkəmli alimlərin və pedaqoqların mühazirələrini dinlədi, onlardan çox şeylər öyrəndi, görüb-götürdü. Dərslərini əla oxuması, yoldaşları ilə mehriban münasibəti, şən, şux zarafatları ona müəlllimlərinin də, tələbələrin də dərin hörmətini qazandırmışdı. Dünyagörüşü sürətlə formalaşan Mixailin ictimai həyatı yalnız auditoriyalarla məhdudlaşmırdı. O, akademiyanın əsas binasında yerləşən kitabxananın idarə heyətinin üzvü idi. Gənclər tez-tez tələbələrin inqilabi hərəkatının formalaşmasında əsas özəklərdən sayılan bu bilik ocağına toplaşır, müxtəlif siyasi məsələləri müzakirə edirdilər. Onlar sosial-demokrat və başqa mütərəqqi inqilabi təşkilatlarla əlaqə saxlayır, müntəzəm olaraq tələbə çıxışları təşkil edirdilər. Bu çıxışların önündə gedənlərdən biri də Mixail idi.

Tuşinski-Mehmandarov Bakıda bacıları ilə

1902-ci ilin əvvəllərində Kiçik Teatrda fitnəkar, antisemit ruhlu "Qaçaqmalçı" pyesi tamaşaya qoyuldu. Universitet tələbələri buna öz qəti etirazlarını bildirdilər və bu barədə akademiyada yığıncaq keçirildi. Yığıncağın təşkil olunmasında fəallıq göstərdiyinə görə 1904-cü il dekabrın 3-də Mixail Tuşinski nazirin əmri ilə akademiyadan xaric edildi. Lakin o, inqilabi fəaliyyətdən bir an da olsun, ayrılmadı, azadlıq ideyalarını təbliğ eləməyə başladı. Onu da qeyd etmək yerinə düşər ki, Mixailin arxivində indiyə qədər həmin dövrə aid maraqlı bir fotoşəkil qorunub saxlanılır. Onunla birlikdə akademiyadan qovulmuş bir qrup tələbə böyük rus inqilabçı-demokratı və mütəfəkkiri Nikolay Qavriloviç Çernışevskinin portreti ətrafına toplaşıb, şəkil çəkdirmişdilər. Bu isə o dövr üçün çarizmin irticaçı siyasətinə, mütləqiyyətə qarşı açıq-aşkar nümayiş demək idi.

Coşğun inqilabi və ictimai fəaliyyəti, akademiyadan qovulması bu vətənpərvər və fədakar tələbənin həkimlik peşəsinə olan həvəsini heç də azaltmadı. O, akademiyada mənimsədiyi nəzəriyyəni praktiki işlə birləşdirmək üçün bir müddət Novqorod və Samara yaxınlığındakı Pekovşinada feldşer məntəqələrində işlədi. Rus – yapon müharibəsinin qızğın çağında isə Mixail könüllü olaraq Uzaq Şərqə yollandı. Mancuriyanın döyüş meydanlarında Peterburq Qırmızı Xaç Cəmiyyətinin altıncı səyyar dəstəsinin tərkibində yaralılara ilk tibbi xidmət göstərdi, burda xeyli tibbi-praktik təcrübə topladı.

Rus – yapon müharibəsindən alnıaçıq, üzüağ qayıdan gənc Mixail 1905-ci ildə öz səyi və çalışqanlığı sayəsində akademiyaya bərpa edildi. Bundan sonra da o, inqilabi və ictimai fəaliyyətlə daha ciddi və müntəzəm məşğul olmağa başladı. Yenə də tələbələri səfərbərliyə aldı, yığıncaqlar keçirdi, toplantılara da özü rəhbərlik elədi. 1906-cı ilin əvvəllərində Mixail Dmitriyeviç Tuşinski Dövlət Dumasına seçkilər zamanı bolşeviklərlə menşeviklər arasında müzakirə aparılanda ilk dəfə olaraq burda Vladimir İliç Lenini gördü, onunla yaxından tanış oldu.

Hərbi nazir 1905-ci il ərzində akademiyanın tələbələrinin fəaliyyətini yoxlamaq üçün istintaq komissiyası yaratdı. Tələbələr, inqilabi çıxışların iştirakçıları istintaqa ifadə verməkdən imtina etdilər. Lakin çanaq yenə də Mixailin başında çatladı. O da, başqa bir tələbə yoldaşı da bərpa olunmamaq şərti ilə beşinci kursdan akademiyadan çıxarıldı. "Başına gələn başmaqçı olar" – deyə fikirləşən Mixail bundan da sarsılmadı, əksinə, inqilabi fəaliyyətini yeni həvəslə, yeni şövqlə davam etdirdi. Əvvlcə müxtəlif fəhlə dərnəklərində təşviqat işləri aparmaqla məşğul oldu. Sonra partiyanın rayon təşkilatı ona Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Peterburq Komitəsi yanında hərbi işə keçməyi təklif elədi. Və beləliklə, Mixail Novoçerkassk polkunda fəaliyyətə başladı. Çox keçmədən onu tutdular, üç ay yarım həbsxanada yatdı. Lakin heç bir ciddi sübut tapa bilmədiklərindən onu buraxmağa məcbur oldular.

Praktiki tərcübəsi, bacarığı və qabiliyyəti 1907-ci ildə akademiyada dövlət imtahanlarını uğurla verib, fərqlənmə diplomu almağa ona imkan yaratdı. Lakin təhsil illərində təqaüd almadığına görə hərbi sahədə xidmət etməyə Mixailə icazə verilmədi. Ona görə də diplom alan günün səhəri o, bir tələbə dostu ilə Peterburqun məşhur Obuxov xəstəxanasına yollandı. Baş həkim Aleksandr Afanasyeviç Neçayevin yanında oldu, burda işləmək arzusunda olduğunu bildirdi. Aleksandr Afanasyeviç onları gülərüzlə qarşılayıb: "Xoş gəlmisiniz! Amma ştat vahidimiz olmadığına görə sizə maaş verə bilməyəcəyik" – dedi. Dostlar "təki iş olsun" – deyə fikirləşib, ciyər xəstəliyinə tutulanlar üçün şöbədə fəaliyyətə başladılar. Mixail burda əvvəlcə ekstern həkim, sonra ştatdankənar ordinator və bakterioloq, terapevt şöbəsinin assistenti və ordinatoru, çox-çox sonralar isə bu şöbənin müdiri vəzifəsində çalışdı.

Həmin vaxtlar Peterburqda vəba epidemiyası tüğyan edirdi. Vətənpərvər həkim, necə deyərlər, əl-qolunu çırmalayıb, bu amansız xəstəliyə qarşı mübarizə aparmağa başladı. O, həm xəstələri müalicə edir, həm də bu xəstəliklər barədə elmi əsərlər yazaraq müxtəlif mətbuat orqanlarında dərc etdirirli.

Mixail Dmitriyeviç Tuşinski daim öyrənməyə, təkmilləşməyə çalışırdı. Ona görə də o, 1909-cu ilin yayında Berlin şəhərinə getdi, görkəmli tibb mütəxəssisi, professor Albanın yanında təcrübə keçdi. Məşhur alim Vassermanın müalicə üsullarını mənimsədi. Salvarsanla bəzi yoluxucu xəstəliklərin müalicəsi, sonralar isə yeni salvarsanla ağ ciyər qanqrenalarının müalicəsi üzrə ilk tədqiqatlar apardı. Bu tədqiqatlar tibb elmini bir çox kəşfləri ilə zənginləşdirmiş görkəmli alman alimi, həkim, bioloq, patoloq Paul Erlixin rəhbərliyi ilə həyata keçirildi. Mixail Tuşinski preparatın tətbiqi metodikasını da işləyib-hazırladı, onun dozalara bölünməsini müəyyənləşdirərək çox gözəl nəticələr əldə elədi. Bütün bunlar isə yeni-yeni elmi əsərlərin mövzusuna çevrildi və gənc həkim məqalələrini müntəzəm olaraq "Russki vraç" jurnalında dərc etdirməyə başladı. Bu jurnalın 1909-1913-cü illər arasında çıxan, demək olar ki, hər bir nömrəsində onun adına ya məqalə müəllifi kimi, ya da xronika şöbəsində rast gəlmək olar. Birinci Dünya müharibəsi başlananda Mixail Tuşinski də səfərbərliyə alındı və həkimlər ordusunun tərkibində cəbhəyə göndərildi. O, əvvəlcə II Kaufmansk hospitalının böyük ordinatoru oldu, 1916-cı ilin mayından isə Cənub-Qərb cəbhəsində Qırmızı Xaç Cəmiyyətinin birinci yoluxucu xəstəliklər hospitalında baş həkim vəzifəsini apardı. Müharibə başa çatandan sonra o, Peterburqa qayıtdı, Obuxov xəstəxanası bazasında yeni yaradılmış Tibbi Biliklər Dövlət İnstitutunun nəzdində daxili xəstəliklər diaqnostikası klinikasına ordinator vəzifəsinə dəvət olundu. 1921-ci ilin noyabrında təcrübəli həkim Marinsk Xəstəxanasında yerləşən Həkimləri Təkmilləşdirmə Klinik İnstitutunun nəzdindəki ikinci daxili xəstəliklər klinikasına böyük assistent vəzifəsinə keçirildi. Burda işlədiyi dövr ərzində gənc tibb mütəxəssisi səpgili yatalaq üzrə bir sıra mühüm tədqiqatlar apardı və onlarla elmi əsər yazdı. Bütün bunlar da onun "Səpgili yatalağa tutulmuş xəstələrin onurğa beyni mayesinin və qanının xassələri üzərində müşahidələr" adlı doktorluq dissertasiyasının mövzusu oldu.

1922-ci ildə Peterburq Hərbi Tibb Akademiyasında uğurla müdafiə etdiyi bu fundamental əsər səpgili yatalaq barədə ən yaxşı və orijinal elmi kəşflərdən biri kimi qiymətləndirildi. Bu dissertasiyasında istedadlı alim Rusiyada ilk dəfə olaraq beyin təzahürləri ilə səpgili yatalağa tutulmuş xəstələrdə onurğa beyninin funksiyasını tətbiq etdi və onun həyata keçirilməsi üçün dəqiq göstərişlər işləyib-hazırladı. Həmin vaxt ölkədə görkəmli bir tibb mütəxəssisi kimi tanınan Mixail Tuşinski 1921-ci ildə A.A.Neçayevin təşəbbüsü və iştirakı ilə P.Botkin adına Terapiya Cəmiyyətinin təsis edilməsi üçün yaradılmış təşkilat komitəsinin tərkibinə daxil edildi. 1922-ci ildə Mixail Tuşinski I Leninqrad Tibb İnstitutuna işə dəvət olundu. Bir müddət burda privat-dosent və fakültə daxili xəstəliklər klinikasında şöbə müdiri, 1928-ci ildən ömrünün sonunadək isə daxili xəstəliklər propedevtikası kafedrasının müdiri vəzifəsində çalışdı.

Oğlunun kafedra müdiri seçilməsinə çox sevinən Əbdülkərim bəy Mehmandarov 1929-cu il noyabrın 17-də uzaq Şuşadan ona göndərdiyi məktubda yazırdı: "Səni və xüsusilə, möhtərəm Aleksandra Mixaylovnanı ürəkdən təbrik edirəm... Sənin şöhrətin, ilk sovet alimləri sırasındakı gələcəyin onu mükafatlandıracaq, sakitləşdirəcək, qoca vaxtında ona sevinc və rahatlıq gətirəcək. Onunla fəxr edərək qarşısında baş əyirəm".

Mixail Tuşinski özünü həmişə S.A.Botkin və İ.P.Pavlov məktəbinin yetirməsi hesab edir, müəllimlərinin ənənələrini layiqincə davam etdirərək bu məktəbdə qazandıqlarını elmi və praktiki fəaliyyətində həyata keçirirdi. Elmi, pedaqoji və ictimai fəaliyyəti bir-biri ilə sıx bağlı olan professor institutun tələbə elmi cəmiyyəti şurasının sədri kimi sonralar ənənəvi hala çevrilmiş tələbə konfranslarının keçirilməsinin təşkilatçısı idi. Sovet hakimiyyətinin ilk günlərində o, səhiyyənin təşkili işində fəal iştirak etmiş, həkimlərin bir sıra ümumittifaq və ümumrusiya qurultaylarının nümayəndəsi seçilmişdi. 1926-cı ildən Həmkarlar İttifaqları Leninqrad Quberniya Şurasının üzvü, 1930-cu ildən isə on üçüncü çağırış Leninqrad Sovetinin deputatı olmuşdu. Leninqrad Terapiya Cəmiyyətinin yaradılması da bu fəal ictimaiyyətçinin adı ilə bağlıdır. Mixail əvvəlcə orda katib olmuş, sonra sədr müavini seçilmişdi. 1932-ci ildə cəmiyyətdə hematoloji bölmənin əsasını da o qoymuşdu. Ümumittifaq Terapiya Cəmiyyəti bu görkəmli alimi özünün fəxri üzvü seçmişdi. Görkəmli tibb mütəxəssisi uzun illər Leninqrad Şəhər Səhiyyə Şöbəsinin nəzdində qriplə mübarizə üzrə komitənin, həmçinin Böyük Tibb Ensiklopediyasının redaksiya heyətinin üzvü olmuşdur.

Böyük Vətən müharibəsi Mixail Tuşinskinin həyat yolunda yeni və mühüm bir mərhələyə çevrildi. Bu dəhşətli bəla bütün leninqardlılar kimi onu da öz evində haqladı. Doğma şəhərinin ağır günlərində bu müdrik insana xas olan vətənpərvərlik, mərdlik, ruh yüksəkliyi, adamlarda ümid yaratmaq, onları qələbəyə ruhlandırmaq bacarığı kimi xarakterik xüsusiyyətlər daha qabarıq şəkildə üzə çıxdı. Mixailin qələbəyə inamı güclü idi və öz fəaliyyəti ilə bu qələbənin tam təmin olunmasına çalışırdı.

Bu çətin günlərdə istedadlı alim şəhərin müdafiə işləri ilə yanaşı, elmi işlərini də davam etdirir, ali məktəb tələbələri ilə məşğələ aparırdı. Aşağı kurslar başqa şəhərlərə köçürüldüyü üçün institutda qrupların sayı azalmışdı. Və bu qruplarda bütün mühazirələri professor özü təkbaşına oxuyurdu. 1942-ci ilin sonlarında alimə Leninqrad Şəhər Səhiyyə Şöbəsi sistemində Baş Mütəxəssislər İnstitutu yaratmaq tapşırıldı. O, bu vəzifəni də layiqincə yerinə yetirdi və institut qısa müddətdə fəaliyyətə başladı. Bundan sonra Mixail Tuşinski Leninqrad şəhərinin baş terapevti vəzifəsinə irəli çəkildi. Geniş və çoxcəhətli elmi fəaliyyətlə məşğul olan görkəmli alim tədqiqatlarını əsasən, üç istiqamətdə – hematologiya, pulmonologiya və yoluxucu xəstəliklər sahəsində aparırdı. O, hələ sağlığında ölkənin ən məşhur və aparıcı hematologiya mütəxəssislərindən biri hesab olunurdu. Məhz tibb sahəsində qazandığı elmi nailiyyətlərə görə Mixail Dmitriyeviç Tuşinski 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Bu istedadlı alimin qələminin məhzulu olan neçə-neçə elmi məqalə, monoqrafiya, dərslikdən bu gün də ali və orta ixtisas tibb məktəblərində geniş istifadə olunur. Tibbi biliklərin gözəl təbliğatçısı olan Mixail Dmitriyeviç Tuşinski 1929-cu ildən – onun üçün o unudulmaz gündən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana gəlmiş, yaxın qohumları ilə daim məktublaşmış, respublikamızın tibb ictimaiyyəti qarşısında təbabətin, yoluxucu xəstəliklərin, hematologiyanın, terapiyanın ən aktual məsələləri haqqında mühazirələr oxumuşdur.

Qızı Mariya Mixaylovna Tuşinskaya atasının şəxsi arxivini qoruyub saxlamışdır. Onun şagirdi və Böyük Vətən müharibəsi illərində ən yaxın silahdaşlarından olmuş Valentina Stavskayanın ciddi səyləri nəticəsində müəlliminin həyat və fəaliyyəti barədə xeyli maraqlı materiallar toplanmışdır. Qədirbilən insanlar akademik İ.P.Pavlov adına I Leninrad Tibb İnstitutunun tibb şəhərciyində, Karpovka çayının sahilindəki binaların birində görkəmli alimin uzun illər burda işləməsini əks etdirən xatirə lövhəsi vurmuşlar.

Mükafatları

Xidmətlərinə görə 1944-cü ildə onun əməyi Lenin ordeni ilə qiymətləndirildi. Sonralar onun sinəsini ikinci Lenin ordeni, "Leninqradın müdafiəsinə görə" və "Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalları da bəzədi.

Əsərləri

  • О гистиоцитах крови при некоторых инфекционных заболеваниях, "Терапевтический архив", 1924, т. 2, вып. 5—6 (совм. с Е. В. Карташевой)
  • Болезни системы крови, в кн.: Ланг Г. Ф., Учебник внутренних болезней, т. 1, ч. 2, Л., 1940 (стр. 259—368)
  • Болезни органов дыхания, там же (стр. 7—158).

Mənbə

  • Ənvər Çingizoğlu, Mehmandarovlar, ATŞC-nin xəbərləri, Bakı, 2002.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mikhail Tuchinsky is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Mikhail Tuchinsky
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes