peoplepill id: mikayil-rahimov
MR
Azerbaijan
3 views today
3 views this week
Mikayil Rahimov
Azerbaijani politician

Mikayil Rahimov

The basics

Quick Facts

Intro
Azerbaijani politician
Work field
Gender
Male
Birth
Place of birth
Sirab, Babek District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
63 years
Education
Azerbaijan Architecture and Construction University
Azerbaijan State University of Economics
The details (from wikipedia)

Biography

Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri

Həyatı

Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur.

Siyasi fəaliyyəti

Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir.

Mərkəzi Seçki Komissiyasında

Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur. Müsavat Partiyasının namizədi Gülağa Aslanlı və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Mikayıl Rəhimovun namizədliyi Milli Məslisdə səsə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü seçilmişdirlər.

Mikayıl Rəhimov 24 fevral 2011-ci il tarixində Mərkəzi Seçki Komissiyasının katibi seçilmişdir.

Mikayıl Rəhimov 15 aprel 2016-cı il tarixində növbəti dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuş, namizədliyi digər namizədlərlə bərabər səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 104 deputat yekdilliklə lehinə səs verməsi ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, elə həmin gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın katibi seçilmişdir.

Mikayıl Rəhimov 27 aprel 2021-ci ildə yenidən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuş, namizədliyi digər namizədlərlə bərabər səsə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 104 deputatdan 102-sinin lehinə, 1-nin əleyhinə səs verməsi ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, elə həmin gün Mərkəzi Seçki Komissiyasının katibi seçilmişdir.

Seçkilərdə

Mikayıl Rəhimov 2008-ci ilin Prezident seçkilərində prezidentliyə namizəd Qüdrət Həsənquliyev tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilmişdir.

Mikayıl Rəhimov 2009-cu il bələdiyyə seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndəsi olmuşdur.

Partiya fəaliyyəti

Mikayıl Rəhimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olan Mikayıl Rəhimov partiyanın ilk sədri Əbülfəz Elçibəyin sədrliyi dövründə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur.

Mikayıl Rəhimov 2002-ci ildən etibarən Qüdrət Həsənquliyevlə birgə siyasi fəaliyyət göstərməyə başlamış, əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdirici Quruıtayının iştirakçısı və yeni birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur. Bu partiya qısa müddətli rəsmi qeydiyyata alınsa da, daha sonra Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi qeydiyyata alınmışdır. Bu hadisədən sonra Qüdrət Həsənquliyev rəhbərliyində bir qrup keçmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvləri 3 aprel 2004-cü il tarixində təsis qurultayı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını təsis etmişdir.

Mikayıl Rəhimov 2004–2010-cu illər ərzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri olmuşdur. 2010-cu ildə Mərkəzi Seçki Komissiyası üzvü seçildiyi üçün Mikayıl Rəhimov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədrliyindən və partiya üzvlüyündən istefa vermişdir. Partiyanın Ali Məclisinin 11 iyun 2011-ci ildə keçirilmiş iclasında Vaqif Abışov Ali Məclisin növbəti sədri seçilmişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mikayil Rahimov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mikayil Rahimov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes