Məmməd Əhəd oğlu Salmanov
Quick Facts
Biography
Məmməd Salmanov (Salmanov Məmməd Əhəd oğlu; 12 yanvar 1932(1932-01-12), Qaraqışlaq, Ararat mərzi) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007).
Həyatı
Məmməd Salmanov 1932-ci il yanvarın 12-dəErmənistandaQaraqışlar kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir, biologiya elmləri doktorudur. Onun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 180, xaricdə çıxmış elmi əsərlərin sayı isə 76 . Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvi, 2007-ci ildə isə həqiqi üzv seçilmişdir.
Əsas elmi nailiyyətləri
XX əsrin 50-ci illərində müxtəlif iqlim-coğrafi şəraitdə yaradılan süni su hövzələrinin (Volqa üzərində-Kuybişev və Kür cayı məcrasında - Mingəcevir su anbarları misalında) formalaşmasında ümumi qanunauyğunluğun təyin və elmi-cəhətdən əsaslandırılması; Kür və Araz çayları hövzəsində uzun müddətli antropogen təsirlərin nəticəsində ekosistemdə mikrogeoloji sukçessiyanın yaranmasının subatı və ekoloji təzadları; Xəzər dənizində üzün maddələr balansının təyin edilməsi. Həmçinin Xəzərdə antropogen evtroflaşmanın ekoloji təzadları və oksigen məsrəfinin artması səbəbləri. "Tətbiqi ekologiyanın əsasları", "Ekologiya və biz", "Bir içim su" dərslik vasitələri kitabları; "Xəzər dənizinin bioloji məhsuldarlığının ekologiyası", "Kür çayı hövzəsinin ekologiyası" monoqrafiyaları. 2 metodik tövsiyə.
Əsas elmi əsərlərin adları
- Azərbaycanın su hövzələrinin müasir ekoloji vəziyyəti (1973, monoqrafiya, Bakı)
- Xəzərin məhzuldarlığı proseslərində mikrofora və fitoplanktorun rolu (1987, Moskva "Nauka"-monoqrafiya. Həmin əsər 1994-cü ildə JJR-da çap olunub-Farsca)
- Kür çayı və Kür hövzəsinə aid sututarlaror ekologiyası (1996, monoqrafiya, Bakı)
- Xəzər dənizinin bioloji məhzuldarlığı və ekologiyası (1999, Bakı -monoqrafiya)
- Orta və Cənubi Xəzərin dərin yerlərinin mikrobiologiyası (Həştərxan 2001)
- Qızılağac körfəzi – Dövlət Təbiət qoruğu: ekologiyası, bioloji məhzuldarlığı (dünəni, bu günü və sabahı)(monoqrafiya-Bakı, 2011)
- Türkiye Cumhuriyyəti Sınırları içində Kura ve Aras nehrlerinin ekoloji mikrobiologiyası (monoqrafiya-İstanbul, 2011 (Türk dilində))
- Praktiki aqrobioekologiya (Bakı, 2013- monoqrafiya)
- Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya (Bakı, 2013- monoqrafiya)
Mükafatlar
- AMEA-nın Fəxri Fərmanı - 2002,
- "Şöhrət" ordeni - 2005
Vəzifəsi
AMEA Mikrobiologiya İnstitutun direktoru, kafedra müdiri, elmi məşvərətçi.
İş yeri və ünvanı
AMEA Mikrobiologiya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Mikayıl Müşfiq küçəsi 103; Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Vaqif pr., 3/39.