Mehriban Alakbarzada
Quick Facts
Biography
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965(1965-08-05), Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017-ci ildən).
Həyatı
Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir.
İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkmişdir.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülmüşdür. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissordur.
1988-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990)pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası","Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlamışdı.
Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.
"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin edilib.
2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Tamaşaya qoyduğu əsərlər
Lənkəran Dövlət Dram Teatrı
- "Sənsiz" (Şıxəli Qurbanov) (1989)
- "Yağışdan sonra" (Bəxtiyar Vahabzadə) (1989)
- "Çarəsiz sərnişinlər" (Stanislav Stratiyev) (1990)
Akademik Milli Dram Teatrı
- "Dəfn edilməmiş ölülər" (Jan Pol Sartr) (1988)
- "Min illərin işığı" (Kamil Abdullayev)
- "Müəmmalı bir gəlin üç versiyası" (Ryunosuke Akutaqava)
- "Poçt şöbəsində xəyal" (Elçin)
- "Afət" (Hüseyn Cavid)
- "Qatil" (Elçin) (2001)
- "Qatarın altına atılan qadın" (Afaq Məsud)
- "Qatil" (Elçin) (2012)
- "Əmir Teymur" (Hüseyn Cavid) (2014)
- "Herostratı unudun" (Qriqori Qorin) (2015)
Azərbaycan Dövlət Musiqili Teatrı
- "Nuri-Didə Ceyhun" (Əli Əmirli) (2018)
Filmoqrafiya
- Dəfn edilməmiş ölülər (film, 1988)
- İnsan səsi (film, 1989)
- Güzgü (film, 1990)(II)
- Yaşa, ey haqq (film, 1993)
- İnsan-fövqəlinsan (1994)
- Aporiya (1995)
- Gecən xeyrə qalsın, ana (film, 1995)
- Cəza (film, 1996)
- Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
- Addım, addım (film, 2002)
- Ömrün sarı rəngi (film, 2002)
- Azərbaycan naminə! (film, 2004)
- Azəri-türklərinə edilən növbəti qətliam (2004)
- İflas (film, 2004)
- Azərbaycandakı Xocalı soyqırımı (2005)
- H.Əliyev və Azərbaycanın milli hərbi srategiyası (2005)
- Tarixin bir günü və ya bir günün tarixi (2005)
- 13 dəqiqə (2006)
- Araz-Türk respublikası və ya Naxçıvanın xilası (2006)
- Azərbaycanın və Qarabağın taleyində Kürəkçay müqaviləsinin rolu (2006)
- Bütöv Azərbaycan və "böyük" Ermənistan (2006)
- H.Əliyev və Azərbaycanın milli təhlükəsizlik strategiyası (2006)
- Tariximizin 31 mart adlı soyqırım günü (2006)
- Məhkumlar (film, 2007)
- Mart hadisələri... və yaxud qara oyunlar (film, 2011)(2010)
- 6 saylı məktəb (film)
- Azərbaycan xalçaları (film)
- Azərbaycan xanlıqları (film)
- Azərbaycanda aşıq sənəti (film)
- Bakı nefti (film)
- İlğım
- İstiqlal günü
- Qara bayram (film)
- Lahıc (film)
- Nic (film)
- Sınmiş miflər