Mehdi Novruzov
Quick Facts
Biography
Mehdi Novruzov — Azərbaycan klarnet ifaçısı.
Haqqında
Novruzov Mehdi Bala oğlu 16 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqi məktəbinin klarnet sinfində oxumuşdur. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayandan sonra 16 yaşında könüllü olaraq cəbhəyə getmişdir. Müharibənin sonunda Mehti Novruzov öz xidmətinə əsasən Vilnyusda galdı, orada musiqi məktəbini bitirdi və Konservatoriyaya daxil oldu ki, orada da iki il təhsil aldı. Bakıya qayıtdıqdan sonra öz təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirdi və oranı bitirdikdən sonra Azərbaycan Dövlət Caz Orkestrində işləməyə başladı. 50-ci illərin əvvəllərində Azərbaycan Radio Komitəsində caz-kvintet yaratdı ki, onun da tərkibində o vaxt üçün çox tanınmış musiqiçilər və vokalçılar olan - Mirzə Babayev, Nərminə Məmmədova, Rəşid Behbudov, Şövkət Ələkpərova və başqaları var idi. 60-cı illərin əvvəllərində Maestro Niyazi Mehti Novruzovu simfonik orkestrə dəvət etdi və bu orkestrdə o, 60-cı illərin sonuna qədər çalışdı. Amma ağır xəstəlikdən sonra həkimlərin təkidi ilə o, ifaçılıq sənətini dayandırıb müəllimlik fəaliyyətinə keçdi. O,eyni vaxtda Azərbaycan Dövlət Konservatoriyasında, A. Zeynallı adına musiqi məktəbində və Bül-Bül adına musiqi məktəbində dərs deyirdi. Novruzov Mehti Bala oğlu Azərbaycanda və onun sərhədlərindən uzaqlarda çalışan- Tofiq Şabanov, Akif Süleyman-bəyli, Aydın Manaflı və başqaları kimi istedadlı klarnetçilər və saksofonçular yetişdirmişdir. 70-ci illərin əvvəllərində Mehti Novruzov “Klarnetdə ifa üçün ibtidai vəsait” adlı kitab yazmışdır ki, bu vəsait də musiqi məktəblərinin və orta musiqi tədris müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. 1976-cı ildə yaradıcılığının çiçəklənmə dövründə Mehti Novruzov qəflətən vəfat etdi. Onun haqqında xatirə Azərbaycanın Qızıl Fondunda qalıb ki, burada da onun qəlbindən gələn və bakılıların çoxunun qəlbini və ürəyini riqqətə gətirən təkrarolunmaz ifasını eşitmək olar.