Mehdi Mukarramoglu
Quick Facts
Biography
Mehdi Mehdiyev (azərb. Mehdi Mükərrəm oğlu Mehdiyev; 15 aprel 1952, Dondarlı, Qubadlı rayonu – 11 yanvar 2023) — Jurnalist
Həyatı
Mehdi Mehdiyev 1952-ci il aprelin 15-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1969-cu ildə həmin kənddəki orta məktəbi bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul olub, 1975-ci ildə universiteti qırmızı diplomla bitirmişdir. Azərbaycan Dövlət Universitetində aspiranturasını bitirib.
12 yanvar 2023-cü ildə vəfat etmişdir.
Ailəsi
Üç övladı var. Oğlanlarından biri BDU-nun hüquq fakültəsini bitirmiş, vəkil kimi çalışmışdır, digəri isə həkimdir. Qızı Dillər Universitetini bitirmiş, həmin universitetdə müəllim kimi çalışıb.
Fəaliyyəti
Əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. Təyinatla Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsində redaktor kimi işləmiş, 1977-ci ildən "Kino yenilikləri" qəzeti və "Yeni filmlər" jurnalının birgə redaksiyasında jurnalist fəaliyyətinə başlamışdır. Əvvəlcə bu redaksiyada redaktor, sonra məsul katib vəzifələrində işləmişdir. Milli kino sənətimiz və dünya kinosu ilə bağlı yazılarına görə dəfələrlə mükafatlara layiq görülmüşdür. 1992-ci ildən "Kino" qəzetinin baş redaktoru, "Azərkinovideo" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsin mütəxəssis kimi işləmişdir. Bu müddətdə Azərbaycan Dövlət Universitetində və Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 2002-ci ildən "Xalq qəzeti"nin mədəniyyət yazarı kimi fəaliyyətini davam etdirmişdir. Bu günə qədər Azərbaycan mədəniyyəti ilə bağlı 2000-ə yaxın məqalə və digər janrda materiallar hazırlayıb dərc etdirmişdir. Sonra bu qəzetin əməkdaşı kimi fəaliyyətini davam etdirmişdir. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi məqalə müsabiqəsinin qalibi olub.
Kitabları
- "Raykom katibi";
- "Qubadlını məndən soruş";
- "Sönməyən məşəl";
- "Qubadlıya gedən yollar";
- "Ömrün çarpaz rakursları".
"Ömrün çarpaz rakursları" sırf kinematoqrafiya ilə bağlıdır və həmin kitabın nüsxələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmışdır. Bir kinossenarisi müsabiqə qalibi olub. Onun əsasında nazirliyin sifarişi ilə "Lal çinar" filmi çəkilib. Bir ssenarisi "Bütün bunlardan sonra" kitabında çap olunub və nazirliyin ssenari portfelindədir.