peoplepill id: mammad-safa
MS
Russia Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Intro
Actor
Gender
Male
Place of birth
Shabran District, Azerbaijan
Age
64 years
Education
Azerbaijan State University of Culture and Arts
Azerbaijan
Awards
People's Artiste of Azerbaijan
 
Artist medal (Azerbaijan)
 
Honored Artist of the Republic of Azerbaijan
 
Mammad Safa
The details (from wikipedia)

Biography

Üçüncü günün adamı filmindən fraqment.

Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023).

Həyatı

Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus"(ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.

Vaqif İbrahimoğlu 1988-ci ildə eksperimantal studiya yaradanda Məmməd Səfa da gənclərdən ibarət truppaya daxil olub. Bu kollektivin bazasında 1991- ci ildə "Yuğ" Dövlət teatrı yaradılıb. Həmin ildən indiyə qədər Yuğ Teatrının aktyorudur. Aktyorun yaradıcılıq bioqrafiyasında xeyli mürəkkəb və maraqlı rollar var.

Mədəniyyət və İncəsənət Universitetində bitirdiyi gündən (1984) indiyə kimi işləyir. 1988-ci ildə müəllim, 2002-ci ildə dosent, 2018-ci ildə professor vəzifəsini alıb. Hal-hazırda aktyor sənətindən dərs deyir.

2004-cü ildə Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirakına görə "Qızıl Dərviş" mükafatı verilib. 2009-cu ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2009, 2010, 2011, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

2023-cü ildə Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

2024-cü ildə “Teatr... Kino... Aktyor” adlı dərs vəsaiti çap olunub. İxtisas üzrə fənlərin təlim nəticələrinin, aktyor və rejissor hazırlığının nəzəri və praktiki cəhətlərinin mənimsənilməsi, müvafiq bacarıqların qazanılması üçün kitabda lazımi tədris-təlim materialları toplanıb. Burada teatr sənətində nəzəriyyə və təlimlər, Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi nəzəriyyəçi və rejissorların metod və təcrübəsi təqdim olunur.

Evlidir, iki övladı var.

Teatr səhnəsindəki rolları

  • Qarapaltar — "Salam" (Məhəmmədhüseyn Şəhriyar)
  • Bamsı Beyrək — "Oğul" ("Kitabi-Dədə Qorqud"un "Bamsı Beyrək boyu" əsasında)
  • Şah İsmayıl — "Dəhnamə"(Şah İsmayıl Xətai)
  • İsa peyğəmbər — "Açar" (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması əsasında)
  • Nağılçı İbrahim — "Yuxu" (Hacı Zeynalabdin Marağayi)
  • Alkiviyan — "Afinalı Timon" (Uliyam Şekspir)
  • Qoca — "Yol" (M.Füzulinin "Həqiqətüs-süəda" əsəri əsasında)
  • Kişi — "Ov" (Çoxelli Qoderzi)
  • Şair — "Gəl gedək" (Ramiz Rövşən)
  • Məqam — "Rə əs bəku rəlbəmur" (Əbdül Qəni)
  • Əmioğlu — "Lütfən qapıları qapadın" (Vaqif İbrahimoğlu)
  • Füzuli — "Dad" (Məhəmməd Füzuli)
  • Qara Rəng — "Rənglər" (Rəsul Rza)
  • Naqqal — "Acı həqiqət" (Baba Pünhan)
  • Çexov — "Sentemental vals" (Anton Çexov)
  • Otello — "Otello" (Uliyam Şekspir)
  • Sabir — "Hop-hop" (Mirzə Ələkbər Sabir)
  • Dayı — "Canımda can" (İ.İbrahimli)
  • Həsənzadə — "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev)
  • Xəyali Məşuq — "Arabir görüşməyə kişi axtarıram" (Rüstəm İbrahimbəyov)
  • Qohum — "Can üstə" (Afaq Məsud)
  • Höte — "Əlkimya və yaxud üçbucaqlı dördbucaq" (Yohann Volfqanq Höte)
  • Zəncirlənmiş adam — "Vəsl" (Məhəmməd Füzuli)
  • Baba — "Yar" (Məhəmməd Füzuli)
  • Semyonov-Pişşik — "Birinci akt" (Anton Çexov)
  • Oğul — "Kafkadan salam" (Frans Kafka)
  • Dərviş — "Naməlum Axundzadə" (Mirzə Fətəli Axundzadə)
  • Qorqud — "Boy" ("Kitabi-Dədə Qorqud" dastanı əsasında boy)
  • Kişi — "Bir, iki, bizimki" (Kamal Abdulla)
  • Jurnalist — "Mən ağacam" (Orxan Pamuk)
  • Kişi — "Səsimi unutma" (Kamal Abdulla)
  • Nadir Şah — "Nadir Şah" (Yunus Oğuz)
  • Kərimxan Zənd — "Şah Qacar" (Əli Əmirli)
  • Şeyx Əzəm Şəmsəddin Bağdadi — "Mənəm mən" (İlqar Fəhmi)
  • Kişi — "21:15 Qatarı" (Toyqun Orvay)

Və s.

Filmoqrafiya

Məmməd Səfa, Dolu filmi kadr arxası.
  1. Pirə qayıdan yol (film, 1994)
  2. Köpək (film, 1994)
  3. Ümid (film, 1995)
  4. Məhbus (film, 1995)
  5. Gizlindəkinin göynərtisi (film, 1995)
  6. Leyli və Məcnun (film, 1996)
  7. Fatehlərin divanı
  8. Ovsunçu (film, 2002)
  9. Cavid ömrü (film, 2007)
  10. Dovşanın ölümü (film, 2008)
  11. Günaydın, mələyim! (film, 2008)
  12. Hökmdarın taleyi (film, 2008)
  13. Sahə (film, 2010)
  14. Tərsinə çevrilən dünya (film, 2011)
  15. Mayak (film, 2012)
  16. Sübhün səfiri (film, 2012)
  17. Dolu (film, 2012)
  18. Üçüncü günün adamı (film, 2017)
  19. Köhnə çamadanlar (film, 2022)
  20. Qütb Ulduzu (film, 2023)
  21. Hökm (film, 2023)
  22. Ölümdən Sonrakı Həyat (film, 2023)

Və s.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mammad Safa is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mammad Safa
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes