peoplepill id: mammad-ibrahim
MI
Azerbaijan
2 views today
3 views this week
Mammad Ibrahim
Azerbaijani socio-political activist, ex political prisoner

Mammad Ibrahim

The basics

Quick Facts

Intro
Azerbaijani socio-political activist, ex political prisoner
Gender
Male
Place of birth
Yevlakh, Yevlakh District, Azerbaijan
Age
58 years
Education
Azerbaijan College of Finance and Economics
Baku, Baku Uyezd, Azerbaijan
Mammad Ibrahim
The details (from wikipedia)

Biography

Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü.

Həyatı

Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur.

Fəaliyyəti

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür.

Həbs edilməsi (2015)

2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı. Həmin vaxt Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) müavini Gözəl Bayramlı onun həbsini belə izah etdi: Cinayət işi bir müddət əvvəl AXCP sıralarından uzaqlaşan Razi Nurullayevin rəhbəri olduğu "AXCP Etimad Qurultayı" adlandırılan qurumun üzvü olan Mikayıl Quliyevin ərizəsi əsasında başlanılıb. M. Quliyev ərizəsində, M. İbrahimin ona qəfil hücum etdiyini və vurduğunu iddia edib.

M. İbrahim isə tam tərsi M. Quliyevin ona hücum etdiyini və təhqir etdiyini bildirdi.

Yeni cinayət işi və azadlığa buraxılması

2018-ci ildə azad olmağına bir gün qalmış, ona yeni cinayət işi açılaraq, həbs müddəti 5 ay 20 gün artırılıb. 2019-cu il fevralın 13-də Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərarından verilən apelyasiya ərizəsinə baxılıb. Cəzası 1 ay 6 gün azaldılaraq azadlığa buraxılıb.

Yenidən həbsi və məhkəmə qərarı

2020-ci ildə Qarabağa dəstək yürüşündə iştirak etmədiyi halda, törədilən təxribatın təşkilatçısı adı ilə ittiham edilərək 26.07.2020 tarixdə həbs edilib. Belə ki, onun barəsində A.R. Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

4 ay həbs olunduqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq başa çatdıqdan sonra Səbail məhkəməsinin qərarı ilə 4 il 1 ay 13 gün şərti həbs cəzası verilib.

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mammad Ibrahim is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mammad Ibrahim
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes