peoplepill id: mammad-aliyev-3
MA
Azerbaijan
2 views today
3 views this week
Mammad Aliyev
Azerbaijani scientist

Mammad Aliyev

The basics

Quick Facts

Intro
Azerbaijani scientist
Work field
Place of birth
Tovuz, Tovuz District, Azerbaijan
Age
82 years
Education
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
The details (from wikipedia)

Biography

Məmməd Əliyev (tam adı: Əliyev Məmməd Novruz oğlu; 18 sentyabr 1942, Tovuz) — fizika — riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universiteti "Bərk cisimlər fizikası" kafedrasının müdiri, professor.

Həyatı

18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

1959–1964-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil almışdır. 1964–1967-ci illərdə Kazan Universitetində aspirant, 1967–1969-cu illərdə isə stajor olmuşdur. 1969-cu ildə "Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər" mövzusunda Kazan Universitetində namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə "Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent elmi adı almışdır. 1991-ci ildə professor elmi adı almışdır.

Məmməd Əliyev 1969-cu ildən 1991-ci ilə kimi Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasında müəllim, baş müəllim,dosent, professor vəzifələrində işləyib. 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Tibb Universiteti Biofizika kafedrasının müdiri olmuşdur. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universiteti professor, 2015-ci ildən indiyə qədər Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedra müdiri vəzifəsində çalışır.

Diplomatik fəaliyyəti

Məmməd Əliyev 1992–2005-ci illərdə Azərbaycan Respublikasının Türkiyədəki , 2005–2010-cu illərdə İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə rəisi, 2011–2013-cü illərdə xüsusi tapşırıqlar üzrə səfir olmuşdur.

Əsərləri

60-dan çox elmi əsərin müəllifidir.

  • Алиев М.Н. Теория магнитного резонанса на ядрах парамагнитных ионов в полумагнитных полупроводниках. AMEA-nın xəbərləri, с. XXXV, № 5, 132, 2015
  • Aliev M. N. Theory of the NMR lineshape in magnetically diluted crystals. Phys. Stat. Sol. (b), 108, 59, 1981
  • Алиев М.Н. Теория формы линии магнитного резонанса на ядрах парамагнитных ионов в магнитно-концентрированном твердом теле. ФТТ, т.21, в.6, 1658, 1979
  • Алиев М.Н. Нестандартная теория возмущения для функций Грина. Изв. ВУЗ-ов, физика, № 8, 126, 1978
  • Aliev M. N. Les ondes mixtes de spin-phonon dans les cristaux paramagnetiques.- C. R. ACAD. Sc. Paris 1977, t.284, Serie B
  • Aliev M. N. Calcul duspectre denergie des exitations elementaires dans lescristaux paramagnetiques. C. R. ACAD. Sc. Paris 1972, t.275, Serie B № 2, p. 97
  • Алиев М.Н. Теория магнитного резонанса на ядрах парамагнитных ионов в твердом теле. ФТТ, т.2, в.1, 81, 1969.

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mammad Aliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mammad Aliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes