Malik Farrux
Quick Facts
Biography
İbrahimov Malik Fərrux oğlu (1948-1998) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), Qızıl Qələm mükafatı laureatı.
Həyatı
Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonraBDU-nın (Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , “Ulduz” jurnalında çap etdirdiyi “ Qartalli Dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının “Elm və texnika verlişləri” redaksiyasindaredaktor, baş redaktorvəzfilərində çalışmışdır.
О, dörd il televiziyanın “ Ekran” divar qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxınmahnının söz müəllifidir. Əfsanəvi “Karvan” qrupunun demək olar ki, bütünrepertuarının sözləri Malik Fərruxa aiddir.“Qara gözlər”, “Sari güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağır”, “Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
1998-ci il dekabrın 2-də vəfat etmişdir.
Dörd övladı, 3 qızı 1 oğlu var.
Telejurnalist Günay Malikqızı və Zöhrab İbrahimlinin atasıdır
Əsərləri
- Pəncərədən qızlar baxar. kitabı Bakı: Gənclik, 1977, 30 səh.
- Bir payız günü. kitabı Bakı: Yazıçı, 1985, 60 səh.