peoplepill id: mahmud-xan-alaulmulk
MXA
Iran
1 views today
1 views this week
Mahmud xan Alaulmulk

Mahmud xan Alaulmulk

The basics

Quick Facts

Places
Work field
Gender
Male
Place of birth
Tabriz, Central District, Tabriz County, Iran
Place of death
Tehran, Central District, Tehran County, Iran
Age
84 years
The details (from wikipedia)

Biography

Mahmud xan Mirzə Ələsgər oğlu Əlaülmülk (12 iyul 1842, Təbriz15 sentyabr 1926, Tehran) — İranın ictimai-siyasi xadimi.

Həyatı

Mirzə Əsədulla xan Nizaməddövlənin kiçik qardaşı, XIX əsrin sonlarında Azərbaycan hökumətinin idarə olunmasında yaxından iştirak etmiş Mahmud xan 1258-ci ildə (1842) anadan olmusdur. O, Mirzə Qafar xanla Tiflisə getmiş, oradan qayıtdıqdan sonra Təbrizdə hökumət idarəçiliyində çalışmış, Azərbaycan valisi tərəfindən maliyyə işləri üzrə məsul vəzifəyə təyin olunmuşdur. Bu vəzifəyə gorə "Vəkili-dəftər" ləqəbini almışdır. Mahmud xan Azərbaycanda bir qədər işlədikdən sonra Tehrana çağırılıb, oradan London sarayına ezam olunmuşdur. O, 6 ay orada çalışdıqdan sonra geri qayıdır. Bu zaman Mahmud xanın böyük qardaşı Əsədulla xan İranın Tiflisdə Bas konsulu vəzifəsində idi. İran hökuməti 1873-cü ildə Mahmud xanı Həstərxanda İran səfirliyinə göndərmişdir. Bir qədər sonra əvvəlcə konsul, sonra isə Baş konsul təyin olunmusdur. Mahmud xan 4 il Həştərxanda Baş konsul kimi çalışmısdır. 1877-ci ildə Tiflisdə Baş konsul olan qardası Mirzə Əsədulla xan İranın Peterburqda İşlər vəkili vəzifəsinə seçildikdə həmin il Mahdud xan qardaşının əvəzinə Tiflisdə İranın Baş konsulu təyin olunmuşdur. O, 6 il bu vəzifədə çalışmışdır.

Mahmud xan 1883-cü ildə İran dövlətinin Peterburqdakı səfirliyində müstəşar (məsləhətci-Ə. Ç.) vəzifəsinə göndərildi.

Mahmud xanın qardası Mirzə Əsədulla xan Vəkilulmulk Peterburqda İranın səlahiyyətli nümayəndəsi vəzifəsini icra edərkən o, muvəqqəti olaraq Tehrana çağırılmışdı. Qardası olmadığı muddətdə Mahmud xan səfirlikdə islər vəkili vəzifəsində calışmış, bu tarixdən o, Mahmud xan Kardar kimi məshur olmusdur. O, 1303-cü ildən (1885/86) İranın Peterburqdakı səfirliyinin 1-ci katibi secilmis, bir il sonra 1886-cı ildən ozu vəziri-muxtar (səlahiyyətli numayəndə) təyin olmusdur. O, yaxsı isinə gorə İran dövləti tərəfindən Əlaulmülk ləqəbinə layiq görulmusdur.

Mahmud xan Əlaulmulk 9 il İranın Rusiyada səfiri olmus (1886–1895) və bundan sonra İstanbulda səfir vəzifəsini bacarıqlı diplomat kimi icra etməyə başlamısdır. Peterburqa isə irəvanlı Mirzə Rza xan Ərfəüddövlə Daneş təyin edilmisdir.

1896-ilin may ayında Nasirəddin şaha ikinci dəfə sui-qəsd edildi və şah aldığı gullə yarasından vəfat etdi. Səfir Mahmud xan İran dovlətindən İstanbulda gizlənmis qatillərin tapılıb həbs edilməsi barədə göstəriş aldı. Mirzə Həsən xan Xəbirulmulkun axtarısı ilə əlaqədar Osmanlı dovləti ilə danısıqlar baslandı. Nəhayət, hər uc nəfər Mahmud xanın nəzarəti altında sərhəddə gətirilərək, İran məmurlarına təhvil verildi.

Mahmud xan 7 il İranın İstanbulda səfiri olmus, 1901-ci ildə onu Mirzı Rza xan Daneş əvəz etmisdir. O, həmin il Tehrana cağırılaraq Kirman hakimi təyin olunmus və o istiqamətə gondərilmisdir.

Mahmud xan uzun muddət xarici olkələrdə diplomatik missiyasınl uğurla yerinə yetirmisdir. O, Kirman hakimi olarkən insanlarla cox mulayim və yaxsı rəftar edirdi. Qeyd etmək lazımdır ki, deyilənlərə gorə zamanəsinin və İran dovlətinin qəbul etdiyi sərt qanunları ilə isləməyən və son dərəcə sadə olan bu səxsiyyət birinin gorusunə gedərkən, digər hakimlərdən fərqli olaraq əllərinə comaq almıs yuz nəfər fərraşı özündən əvvəl və arxada geyməyə vadar etmirdi. O, ozu ulağa minərək yanı ilə bircə nokərlə (o da ulağın və yaxud atın ustundə olardı) lazım olan yerə yola dusərmis. Bu səbəbdən xalq arasında məshurlasmısdı.

Kirman əhalisi Mahmud xana zarafatla "Hakimi-do xəre" adını vermisdi. (İki uzunqulaqlı hakim) Mahmud xan il yarım Kirman hakimi olmus, 1902-ci ildən azad edildikdən sonra bir muddət issiz qalmısdır.

1907-ci ildə Atabəyin (Mirzə Əliəsgər xan Əminussultan-Ə. Ç.) təskil etdiyi kabinədə 4 ay ədliyyə naziri vəzifəsində calısmısdır.

Mahmud xan ömrünün axırlarında Tehranda yasamısdır. O, 1344-cü ildə (1926) 87 yasında vəfat etmis Qum səhərində, ailə məqbərəsində dəfn olunmusdur. Mahmud xan da digər qardasları kimi cox zəngin bir səxs olmusdur. Lakin o, cox sadə və adi bir insan idi.

Oğlu Mirzə Möhsün xan tanınmış bir şəxsiyyət olmuşdu. Salari-Müəyyəd ləqəbini daşıyırdı.

Mənbə

  • Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, № 10, səh.52–64.
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mahmud xan Alaulmulk is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Mahmud xan Alaulmulk
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes