Maharram Musayev
Quick Facts
Biography
Musayev Məhərrəm Aslan oğlu (1932 – 23 fevral 1991, Ağdam) — Azərbaycan alimi, texnika elmləri namizədi; Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun direktoru (1978-1991).
Həyatı
Məhərrəm Musayev 1932-ci ildə qədim Göyçə mahalının Basarkeçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlub.
S.Ağamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Məhərrəm Musayev Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun dərs hissə müdiri (1953-1961), direktoru (1961-1974), Ağdam rayon texniki birliyin rəisi (1974-1978), Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun direktoru (1978-1991) vəzifələrində çalışmışdır.
Texnikum hazırda Məhərrəm Musayevin adını daşıyır.
23 fevral 1991-ci ildə Ağdam Şəhərində vəfat etmiş və Ağdam Şəhərində qədim tarixə malik "Qaraağacı" qəbiristanlığında dəfn olunmuşdur.
Kitabları
- "Kamillik dünyasına çağırış, yaхud dəryadan damla". Ağdam, 1990. 54 səh.
Ədəbiyyat
- Tofiq Hüseynov. "Dünyаnın şirnisin, аcısın dаddım", Bakı, "Təbib", 2006. səh.190-193.
- Sərraf Şiruyə, "Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, səh.93-97.
- Tofiq Hüseynov. "Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008, səh.205-215.