Mahammad Ibn Mahmud Sirvani
Quick Facts
Biography
Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib.
Həyatı
Şirvanda doğulmuşdur.
Yaradıcılığı
Bir sıra əsərin müəllifidir:
Töhfəyi Muradi
"Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır.
Tərcümeyi Tarixi ibn Kəsir
Mahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur.
Digər əsərləri
- Kəhhalnaməyi Nuril Uyun — tibbə aiddir.
- Xəridətül-Əcaib və Fəridətül-Qəraib (müəllif: Ömər ibnül-Vərdi) — tərcümə.
- Məsalikül-Məmalik (müəllif: əl-İstəxri) — tərcümə.
Ölümü
Mahmud Şirvaninin ölüm tarixi dəqiq məlum olmasa da 1439-cu ildən sonraya təsadüf etdiyi bilinir.
Mənbə
- Elnur Nəsirov — Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011
- Tuhfe-i Murâdî (Cevhernâme) Muhammed Şîrvânî Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine