peoplepill id: lotu-bakhtiyar
LB
Azerbaijan
1 views today
1 views this week
Lotu Bakhtiyar
Azerbaijani crime boss, thief in the law

Lotu Bakhtiyar

The basics

Quick Facts

Intro
Azerbaijani crime boss, thief in the law
Gender
Male
Place of birth
Novkhany, Baku Uyezd, Baku Governorate, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
39 years
The details (from wikipedia)

Biography

Lotu Bəxtiyar (21 mart 1959, Novxanı6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır.

Həyatı

Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb.

İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb.

Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1992-ci il iyul ayının 15-də bəraət alaraq azadlığa buraxılıb.

1993-cü ildə ailə həyatı qurub.

Dördüncü dəfə 1994-cü il dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunub. Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər olmadığına görə ona cəza müddəti təyin edə bilməmişlər. Nəhayət 2 ildən sonra 1996-cı il mart ayının 3-də onu 3 il müddətinə azadlıqdan məhrum ediblər. 1997-ci il mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdir.

Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Maykop, Vladimir, Balaşixa, Perm, Karlaq, Zlatoust, Novosibirsk, Krasnoyarsk kimi şəhərlərində məhbusluq həyatı yaşamışdır. 1998-ci il aprel ayının 6-da Bakı şəhərindəki 13 saylı kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat edib. Novxanıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Fəaliyyəti

1993-cü ildə Azərbaycanda çörək problemi təhlükəsi yaranmışdı. Rusiyanın Qroznı şəhərində taxıl vaqonları saxlanılıb Bakıya buraxılmırdı. Orada cərəyan edən hadisələr səbəbindən qonşu dövlətin rəhbərləri məsələnin həlli iqtidarında deyildi. Bəxtiyar bu işə müdaxilə edir. Çeçenistanda olan dostlarının səyi ilə vaqonların yolu açılır, taxıl Bakıya gəlib çıxır.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Lotu Bakhtiyar is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Lotu Bakhtiyar
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes