lKamil Abdullayev
Quick Facts
Biography
Həyatı
Abdullayev Kamil Xaliq oğlu 1967-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. O, 1990-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Abbdullayev Kamil Xaliq oğlu 1990-1994-cü illərdə Sumqayıt şəhər maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləmiş, 1991-ci ildə Moskva şəhərində Ümumrusiya Maliyyə İqtisad İnstitutuna qiyabi daxil olmuş və mühasibat uçotu və audit ixtisası üzrə tam kursu bitirmişdir. 1994-cü ildə Moskva şəhərində Rusiya Prezitenti yanında Dövlət Xidməti Akademiyasının əyani aspiranturasına qəbul olmuş və 1997-ci ildə 080010 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildən Sumqayıt Dövlət Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasının müdiri vəzifəsində çalışır. Abbdullayev Kamil Xaliq oğlu 20 elmi əsərin, o cümlədən 1 monoqrafiya, 8 metodik göstəriş və 11 məqalənin, konfrans materiallarının müəllifidir. Abbdullayev Kamil Xaliq oğlu «Mühasibat uçotu və audit» kafedrasında «Mühasibat uçotu», “Maliyyə, kredit və bank işi”, «Vergi sistemi», «Auditin əsasları», «Vergi siyasəti və mexanizmi», «İqtisadiyyatın tənzimləmə mexanizmi» və s. fənlər üzrə mühazirə və məşğələ dərsləri aparır.