Leyla Sjaripova
Quick Facts
Biography
Leyla Şəripova (tac. Лайло Шарифова; 22 iyun 1931, Tacikistan SSR - ?) — müğənni, bəstəkar, nəğməkar şair, Tacikistan və Azərbaycan SSR-nin xalq artisti.
Həyatı
1931 il iyunun 22-də anadan olub.
Bir neçə vaxt Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978 ildə Bakı köçür, 1980 ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalqı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşaiyəti ilə çıxı. edib. 1988 ildən Almaniyanın Düsseldorf şəhərində yaşamışdır.
Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıalrı olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şəripovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazandı. Şəripova bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb, «Qara gözlər» və «Badam çiçəyi» adlı fars mahnıların müəllifi olub.
Mükafatlar
- Tacikistan SSR-nin xalq artisti (1965)
- Azərbaycan SSR-nin xalq artisti (1978)