Leyla Karimli
Quick Facts
Biography
Leyla Kərimli (1976, Salyan) — Fəlsəfə Elmləri doktoru, Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçmiş direktoru. O, xarici universitetlərdə professor kimi fəaliyyət göstərən azərbaycanlı akademiklərdən biridir. Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbinin Sosial Rifah üzrə assistent professorudur.
Həyatı və fəaliyyəti
Leyla Kərimli 1976-cı ildə Salyan şəhərində həkim ailəsində anadan olub. İlk təhsilini Salyan şəhər orta məktəbində rus dilində alıb. 1993-cü ildə o, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına qəbul olub. Leyla Kərimli Beynəlxalq Münasibətlər şöbəsinə qəbul olan üç qadından biri olmuşdur. 1997-ci ildən 2000-ci ilə qədər həmin universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1999-cu ildə Bakı Dövlət Universiteti ilə Fransanın bir neçə ali məktəbi arasında açılmış TACIS-TEMPUS proqramı çərçivəsində Nis-Sofia Antipolis Universitetinə qəbul olmuşdur.
1996-cı ildən etibarən təhsilini davam etdirməklə yanaşı, Qeyri-hökumət təşkilatında işləməyə başlamış və Fransadan qayıtdıqdan sonra Bakı Dövlət Universitetində yarım-ştat müəllim olaraq çalışmışdır.
2000-2002-ci illərdə Kərimli MUSKIE təqaüd proqramı ilə ABŞ-nin Kanzas Dövlət Universitetində Siyasi Elmlər üzrə ikinci magistr dərəcəsi almışdır. ABŞ-dən döndükdən sonra Leyla xanım 2008-ci ilədək Oxfam beynəlxalq təşkilatında və Qafqaz Tədqiqat Resurs Mərkəzində çalışmışdır. 2008-ci ildə doktorluq dərəcəsini əldə etmək üçün ABŞ-yə getmişdir. Professor Kərimli, 2013-cü ildə doktorantura diplomunu Kolumbiya Universitetinin Sosial İşlər Məktəbindən almışdır. O, doktoranturadan sonrakı təhsili Çikaqo Universitetinin Sosial Xidmət İdarəsi Məktəbində və Nyu York Universitetinin Silver məktəbinin Yoxsulluq Siyasəti və Tədqiqatı üzrə McSilver İnstitutunda davam etdirmişdir.
Professor Leyla Kərimli, hazırda Los-Anceles, Kaliforniya Universitetinin Luskin İctimai işlər Məktəbində Sosial Rifah üzrə assistent professor kimi işləyir. O, keçmiş Sovet İttifaqı və Afrikadakı beynəlxalq inkişaf agentlikləri ilə işləməklə, yoxsulluq və sosial təcrid üzrə fokuslanan 13 illik beynəlxalq tədqiqat təcrübəsinə malikdir.