Kelb Ali Musahib-Ganjavi
Quick Facts
Biography
Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.
Həyatı
Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666)yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi.
Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu.
Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı.
Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı.
Yaradıcılığı
Müsahib, eçq yolunda o könül yıxan,
Sevgini öyrənməlisən sən uşaqdan.
Ana hirslənsə brlə öz uşağına,
Uşaq qaçar yenə ana qucağına. (Sətri tərcümə)
Mənbə
- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008,334 səh.