peoplepill id: kamil-xanlarov
KX
Russia Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Baku, Russian Empire
Death
Place of death
Baku, Russian Empire
Age
80 years
Genre(s):
The details (from wikipedia)

Biography

Kamil Xanlarov (tam adı: Kamil Əlabbas oğlu Xanlarov; 15 mart 1915 – 1 yanvar 1996) — Azərbaycan Respublikasının xalq rəssamı (1992).

Həyatı

Kamil Xanlarov 1915–ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935–ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. O zaman İkinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırmışdır. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artıra bilmişdir.

1939–cu ildə Kamil Xanlarov Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Rəssamın çoxşaxəli yaradıcılıq və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş və o, 1964–cü ildə əməkdar rəssam, 1992–ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Onun yaratmış olduğu əsərlər Azərbaycanda yerləşən bir neçə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). Kamil Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda 1938-1985-ci illərdə pedaqoji fəaliyyət göstərmişdir. Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaradıcılıq fəaliyyəti göstərmişdir.

Kamil Xanlarov yaradıcılığında mənzərə janrına üstünlük vermişdir. Lirik emosionallıq, kolorit ustalığı rəssamın əsərlərində mühüm yer tutur. Rəssam Azərbaycanın bir çox bölgələrində; Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Astarada yaradıcılıq ezamiyyətlərində olmuş və fünsunkar təbiət lövhələri yaratmışdır.Rəssamın bu cür əsərlərinə misal olaraq Zaqatala dağları (1946), Astara (1955), Talış dağları (1956), Şuşanın ətrafı (1957), Şuşa (1964), Bilgəh axşam (1964), Araz sahilində (1965), Noraşen vadisi (1968), Cənub sərhədində (1972), Murovdağın görünüşü (1972), Culfa Araz sahilində (1973), Mənzərə Şuşa (1983), Ceyranbatan gölü (1987) əsərlərini göstərmək olar.

Ordubadda qış əsəri rəssamın yaradıcılığında yeganə qış mənzərəsi təsvir edilmiş tablosudur. Dağlar fonunda Ordubad evlərinin qarşısında dolanbac qarlı yolda milli geyimli iki qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını artıran cəhətlərdəndir. Rəssamın süjetli tablolarında da lirik duyğular oyadan təbiət lövhələlərinə rast gələ bilərik. Əsasən səadəti, əmək romantikasını əks edən bu cür tabloların mayasını ülvi, humanist duyğular təşkil edir. Belə tablolara nümunə kimi, Sahədə (1963), Ailə (1965), Azərbaycan tarlalarında (1967), Bulaq başında (1956) və başqalarını qeyd etmək olar.

Şərq natürmortu əsərinin rəssamın yaradıcılığında xüsusi bir çəkiyə malikdir. Natürmort həm bədii və həm də texniki işlənilmə baxımından çox ustalıqla yaradılıb. Əsərdə milli parça fonunda Azərbaycan xalqının milli məişət əşyaları təsvir olunub. Əsərin kompozisiyası uğurla tapılıb və kolorit həlli mükəmməl işlənilib. Sarı, qırmızı, firuzəyi və göy rəng keçidləri əsərin baxımlılığını artırır.

Kamil Xanlarov 1961–ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində olmuş və orada yaradıcılıq imkanlarını genişləndirərək, ölkəsinə məna və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıtmışdır. Bu səfər rəssamın yaradıcılığında yeni bir uğurlu yaradıcılıq istiqamətinin açılması ilə nəticələnmişdir. Çexoslovakiyaya həsr edilmiş tablolarına Praqada küçə, Karlovı Varıda meydan, Qızıl küçə, Praqada qüllə, Yan Qusun abidəsi əsərlərini qeyd etmək olar. Bu əsərlər həm mövzunun şərhi, kolorit həlli və həm də peşəkar texniki işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Kamil Xanlarovun əsərləri Avstriya, Macarıstan, Rumıniya, Almaniya, Misir, İraq, Kanada, Suriya, Norveç, Fransa, Finlandiya, Yaponiya, İran, Əfqanıstan, Türkiyə və Polşada açılan sərgilərimizdə nümayiş etdirilmişdir. Rəssam həmçinin Kəndlilər filmində kişi geyimlərinin eskizlərini vermiş,Fətəli xan filminin geyim üzrə rəssamı olmuş və Abdulla Şaiqin Nüşabə (1947) pyesinin bədii tərtibatını hazırlamışdır. Kamil Xanlarov, 1996-cı ildə Bakı şəhərində 80 yaşında vəfat etmişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Kamil Xanlarov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Kamil Xanlarov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes