Kamil Salimov
Quick Facts
Biography
Kamil Səlimov (d. 12 aprel 1956. Bakı, Azərbaycan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992), hüquq elmləri doktoru (2000), professor.
Həyatı
Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.
1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir.
Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb.
O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub.
Ailəlidir, 2 övladı var.
Elmi fəaliyyəti
1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.
101 məqalə, 2 monoqrafiya, 4 kitab və 1 patent müəllifidir. Yetişdirdiyi elmlər namizədlərinin sayı 3-dür.
1989-cu ildə SSRİ dövründə terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemlərin tədqiqatı ilə məşğul olub.
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın “Hüquq və Siyasi elmlər” üzrə redaksiya heyətinin üzvüdür.
Seçilmiş əsərləri
- Axtarış-əməliyyat fəaliyyətinin əsasları (dərs vəsaiti, 2008)
- Penitensiar xidmətin istehsal sahəsi (cari müddəalar və islahatlar) (monoqrafiya, 2008)
- Axtarış-əməliyyat sistemində psixoloji məlumatın tətbiqinin bəzi xüsusiyyətləri (Dərslik, 2008)
- Sifarişli qətllərin araşdırılmasında kriminalistik metodun əsasları (dərslik, 2004)
- Cinayət prosesi və kriminalistika (kitab, 2006)
- ABŞ-nin mühakimə üsulu sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri (dərs vəsaiti, 2006)
Kitabları
- Müasir terrorizm problemləri (monoqrafiya)
- Cinayət prosesi və kriminalistika
- ABŞ-nin mühakimə üsulu sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri
- Axtarış-əməliyyat fəaliyyətinin əsasları
- Penitensiar xidmətin istehsal sahəsi (cari müddəalar və islahatlar) (monoqrafiya, 2008)
- Axtarış-əməliyyat sistemində psixoloji məlumatın tətbiqinin bəzi xüsusiyyətləri (Dərslik, 2008)
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- "Problemlər və Dağlıq Qarabağ konfliktinin mümkün həlli yolları" mövzusunda simpoziumda iştirakçı. Məruzənin adı: "Dağlıq Qarabağ və məhkumlar" Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 25 May, 2004;
- "Avropada qloballaşma prosesi". iştirakçı, Beynəlxalq Təhsil İnstitutu - Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi. Bakı şəhəri, Beynəlxalq Mətbuat Mərkəzi, 31 May, 2004;
- Məhkum edilmiş şəxslərin hüquqları sahəsində hüquqi islahatlarla bağlı müasir məsələlər, iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 25 Noyabr– 3 Dekabr, 2004;
- "Bakı Payız Debatları- Azərbaycan Cəmiyyətində İslam" iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 3 Noyabr, 2004;
- Azərbaycan və NATO qüvvələri arasında əməkdaşlıq, iştirakçı və məruzəçi, Məruzə adı: "NATO, Azərbaycan. Dağlıq Qarabağ bölgəsində anti-terrorizm əməkdaşlığı strategiyası", Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 9 Sentyabr, 2004 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası;
- "Bakı Payız Debatları- Beynəlxalq siyasət və milli təhlükəsizlik konsepsiyası" iştirakçı 29 Sentyabr, 2004 Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi;
- "Kütləvi informasiya vasitələri və siyasət" mözvusunda beynəlxalq seminar iştirakçı, Conrad Adenauer Fondu, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 1 Oktyabr, 2004;
- Bakı Payız Debatları-Neft sektoru və Azərbaycan cəmiyyəti, iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 6 Oktyabr, 2004;
- "Azərbaycanın və Avropa Şurasının öhdəlikləri: siyasi məhbus problemləri və penitensiar sistemin dəyişdirilməsi" iştirakçı Bakı şəhəri ISR Plaza 13 Oktyabr, 2004;
- "Bakı Payız Debatları – Azərbaycanda İnsan Hüquqları" iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 13 Oktyabr, 2004;
- "Bakı Payız Debatları–Dağlıq Qarabağ konflikti. Həll perspektivləri" iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 20 Oktyabr, 2004;
- "Cənubi Qafqaz regionu və Avropa Birliyi" iştirakçı Gürcüstanın Tiflis şəhəri 30-31 Oktyabr, 2004;
- "Qloballaşmada bələdiyyələrin və yerli hakimiyyət nümayəndələrinin rolu və QHT administrasiyası. Azərbaycanda alman təcrübəsi" mövzusunda seminar-treyninq, Conrad Adenauer Fondu, iştirakçı Bakı şəhəri 25-26 Oktyabr, 2004;
- "Yenidənqurma və bərpa işlərində şəxsi hüquqların pozulması" iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 27 Yanvar, 2005;
- Həbsxanaların və cəzaçəkmə müəssisələrinin monitorinqinin metodologiyası. Prison Reform International.iştirakçı, Bakkuriani, Gürcüstan, 13-17 Fevral, 2005;
- Azərbaycanda siyasi məhbus problemləri. Effektli ictimai nəzarət mexanizminin inkişafı mözvusunda beynəlxalq konfrans, təşkilatçı. Bakı şəhəri 10-11 iyun, 2005.
- "Avro-Atlantik Məkana İnteqrasiya sahəsində dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu" mözvusunda konfrans, NATO və Avrasiya Hüquqşünaslar Assosiyasiyası, moderator, "Antiterror və Konfliktlərin həllində NATO-nun rolu". Bakı şəhəri Park İnn oteli, 5 noyabr 2007-ci il.
- Regional konfrans, Penal Reform İnternational və ATƏT, iştirakçı Gürcüstanın Tiflis şəhəri, 12 dekabr 2008-ci il.
Dövlət və beynəlxalq proqram və qrantlarda iştirakı
1. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Space” radioteleviziya şirkəti. «Məhkumun səsi» layihəsi.
2. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı. «Yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin praktikada tətbiqinin monitorinqi» layihəsi.
3. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və ABŞ Səfirliyi. “Azadlıqdan məhrumetmə yerlərinin və istintaq təcridxanalarının monitorinqi” layihəsi.
4. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Açıq Cəmiyyət İnstitutu. “Məhkum və Cəmiyyət” qəzetinin nəşri layihəsi.
5. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İstimai Birliyi və ATƏT-in Bakı Ofisi. «Tərbiyə koloniyasında tərbiyə alan yetkinlik yaşına çatmayan məhkumlar üçün «Kompüter Biliklərinin Tədrisi Mərkəzi» adlı layihə.
6. 2007 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi Azərbaycan respublikasi İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu “Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsal sahələrinin işinin yeni şəraitə uyğunlaşdırılması” tədqiqat layihəsi
7. 2008 – Penal Reform İnternational və «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi. “Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərinin saxlanılma vəziyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması” layihəsi