peoplepill id: kamil-ruestembeyov
KR
Russia Azerbaijan
1 views today
1 views this week
Kamil Rüstəmbəyov

Kamil Rüstəmbəyov

The basics

Quick Facts

Gender
Male
Birth
Place of birth
Baku, Shamakhi Governorate, Russian Empire
Death
Place of death
Baku, Shamakhi Governorate, Russian Empire
Age
67 years
Education
Azerbaijan Theatrical Institute
The details (from wikipedia)

Biography

Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi.

Həyatı

1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır,televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.

1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.

1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.

Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.

Filmoqrafiya

  1. Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-quruluşçu rejissor
  2. Aygün (film, 1960)
  3. Bakıya xoş gəlmisiniz (film, 1965)
  4. Dağlarda döyüş (film, 1967)
  5. Dərviş Parisi partladır (film, 1976)
  6. Gözlə məni (film, 1980)
  7. Xalq nəğməkarı (film, 1963)
  8. Konsert (film, 1961)
  9. Konsert proqramı (film, 1964)
  10. Konsert proqramı (film, 1965)
  11. Konsert proqramı (film, 1967)
  12. Mahnı qanadlarında (film, 1973)
  13. Respublikanın panoramı (film, 1962)
  14. Sənə sevinc bağışlayım (film, 1978)
  15. SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
  16. Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962)
  17. Zəncirlənmiş adam (film, 1964)

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Kamil Rüstəmbəyov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Kamil Rüstəmbəyov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes