Kamil Qurbanov
Quick Facts
Biography
Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Həyatı
Kamil Bəxtiyar oğlu Qurbanov 9 dekabr 1942 ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuşdur. Bakı şəhərində 7 saylı orta məktəbdə oxumuş (1950-1960), Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində ali təhsil (1960-1965) almışdır.
Kamil Qurbanov 1965-1968 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnistitutunda akademik Çingiz Cuvarlının rəhbərlik etdiyi "Elektrofizika" laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. Həmin institutun aspiranturasında oxumuşdur. O, dissertasiya işini yerinə yetirmək üçün Leninqraddakı "Yüksək Molekulyar Birləşmələr İnstitutuna ezam olunmuşdur. Həmin institutun elmi şurasında "Amorf-kristallik struktura malik olan polimer sistemlərdən rengen şüalarının difraksiyasının bəzi məsələləri" mövzusunda dissertasiya müdafiə edib, 1974 ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
Kamil Qurbanov 1974 ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi işləmişdir. O, hazırda Fizika İnstitutunun Elmi işlər üzrə direktor müavinidir.
Elmi fəaliyyəti
Kamil Qurbanov Azərbaycanda və xaricdə çap olunan elmi jurnallarda 100-ə qədər məqalə dərc etdirmişdir. 15 müəlliflik şəhadətnaməsinin müəllifidir.Onun çalışdığı elmi sahə, kristallaşma qabiliyyətinə malik olan, xətli polimer-dielektrik materiallarda makromolekulaların əmələ gətirdiyi fiziki strukturun tədqiqi,materialların elektrofiziki xüsusiyyətlərinin öyrənilməsi,strukturla elektrofiziki xassələr arasındakı əlaqələrin tədqiqi, yüksək gərginliklərin, energetikanın elektrofiziki problemlərinin tədqiqi, elektrik qazboşalmalarının təsirlərindən istifadə edərək, neft, qaz, neft kimyası sənaye sahələrinin bəzi ekoloji problemlərinin həlli məsələlərini əhatə edir.
Mənbə
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
Həmçinin bax
- Ağdamın Şıxbabalı kəndi