peoplepill id: kamil-eliyev-1
Azerbaijan Armenia
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Yerevan, Armenia
Place of death
Baku, Shamakhi Governorate, Russian Empire
Age
83 years
Education
École d'art Azim Azimzade
Genre(s):
The details (from wikipedia)

Biography

Kamil Müseyib oğlu Əliyev (22 oktyabr 1921, İrəvan — 1 mart 2005, Bakı) — Azərbaycanda rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, xalçaçılıq-rəssamlıq sənətinin rəssamı, Azərbaycan SSR xalq rəssamı (1982).

"Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaqlar və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqlar". Bu sözləri Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətimizin hamisi Heydər Əliyev demişdir.

Həyatı

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSRin mərkəzi İrəvan şəhərində anadan olmuşdur. Anası Xanım, atası Müseyib kişi olub.

1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K. Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

K. Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, döyüş rəşadəti 22 orden və medalla təltif edilmişdir.

Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın da, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi oldu.

Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib.

Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.

Yaradıcılığı

Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq, onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır. Kamil Əliyev milli mənliyimizi təmsil edən bu sahəyə hələ gənc yaşlarından gəlmişdir. O, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır.

İkinci dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin, qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionalıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimləriinn portretlərini yaradır.

Məlumdur ki, xalçaçılıq rəssamdan hərtəfərli istedad və zəhmət tələb edir. Rəsmin xalçada təcəssüm tapması həm də xalçanın texniki hazırlığından asılıdır. Bəzən kiçik bir səhv xalçadakı rəsmin dəyişməsinə gətirib çıxarır. K.Əliyevin xüsusilə, son illərdə yaratdığı xalçalardakı texniki mükəmməllik, yüksək səviyyəli rəsm duyumu, ürəkaçan kolorit, bütünlükdə xalçanın estetikası insanı heyran edir. Rəssam həmişə təsviri sənətin ifadə vasitələri ilə yaratdığı əsərlərin mövzusuna öz münasibətini bildirir, öhdəsinə düşən vəzifəni yüksək professionallıqla həll edir. Xalça sənətimizi və klassik Azərbaycan ədəbiyyatı xəzinəsini xalqımızın "Kitabi-Dədə Qorqud" kimi ilk görkəmli abidəsi şöhrətləndirirsə, dünya xalçaçılıq sənətini Azərbaycan xalçaları misilsiz dərəcədə rövnəqləndirir. XIX yüzildən başlayaraq, mahir xalça ustalarımız əsərlərində klassik Azərbaycan ədəbiyyatına müraciət etmiş, xalçaların bədii tərtibatında ədəbi obrazlardan geniş istifadə etmiş, klassik ədəbiyyatımızın ən görkəmli nümayəndələrinə xalçalar ithaf etmişlər. K.Əliyev də sələflərinin yolu ilə getmişdir. O, portret xalçalarının bir silsiləsini Azərbaycan ədəbiyyatının korifeyləri olan Nizamiyə, Füzuliyə, Nəsimiyə həsr etməklə, xalqımızın poetik irsinə olan məhəbbətini büruzə vermişdir.

Kamil Əliyev ornamentdən istifadə edərək, şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərir.

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdir. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilmişdir. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.

Hazırda Bakıda Azərbaycan xalçası muzeyində nümayiş etdirilən Nizami Gəncəvi xalısının iki başqa variantı da var. Onlardan birini müəllif Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində özbək xalqına bağışlamışdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olur, İndira Qandinin portert-xalçasını yaratmaq üzərində düşünür. Vətənə qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin incilərilə tanışlıq müəllifə bu işdə kömək etmişdir. Kamil Əliyev Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəmxəsus surətdə ustalıqla istifadə etmişdir.

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

Fransada yaşayan İran rəssamı Məlik Cahan Xəzayi bir qəzetdə yazıb: "Ustad Kamil Əliyev haqqında çox eşitmişəm. Onun "Atatürk xalısı"nın şəklini Türkiyə qəzetlərində görmüşəm. Kamil bəy o tay bu tay Azərbaycanın ən görkəmli portret-xalı sənətkarıdır".

Portret təsvirli xalılar, adətən, "Türkbaf" ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunması ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçalığı yüksək professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.

Mükafatları

  • "Döyüş xidmətlərinə görə" medalı — 1943
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1945
  • "Azərbaycan SSR tətbiqi incəsənət ustası" fəxri adı — 24 may 1960
  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 7 iyul 1967
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982
  • "İstiqlal" ordeni — 27 dekabr 1999

Rəssamın xatirəsi

2007-ci ilin oktyabrın 26-da Azərbaycan xalçaçılıq sənətinin klassiki, rənglər və ilmələr sehrkarı Kamil Əliyevin vaxtilə yaşadığı evin qarşısında xatirə lövhəsi və ev muzeyi açılmışdır. Xatirə lövhəsində bu sözlər yazılmışdır: "Azərbaycanın xalq rəssamı, professor Kamil Əliyev bu evdə yaşamışdır 1921-2005".

Mənbə

  • Əsgər Zeynalov, "İrəvan ziyalıları", Bakı, "Oğuz eli", 1999. səh.255-də.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Kamil Əliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Kamil Əliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes