Kamal Dzjamal ogli Alekperov
Quick Facts
Biography
Kamal Camal oğlu Ələkbərov(20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltəraş, Əməkdar rəssam (1982), Xalq rəssamı (2002).
Həyatı və yaradıcılığı
Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrəndmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi.1948-ci ildən 1954-cü ilə qədər Vasily Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.
1953-cü ildən Kəmal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltəraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltəraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb.
Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir. Monumental heykəllərin biri 1976-cı ildə Azərbaycan memarı Əcəmi Naxçıvaninin 850 illiyi ilə münasibətilə düzəltdiyi heykəldi.Müəllif 1976-cı ildə o zamankı «Ədəbiyyat və incəsənət» qəzetinə müsahibəsində öz qəhrəmanı ilə bağlı fikirlərini belə bölüşmüşdü:
Deyirlər ki, bəzən sənətkarların şəxsiyyəti ilə əsərləri arasında fərq olur. Mən bu fikirlə qətiyyən razı deyiləm. İnana bilmirəm ki, gözəl, parlaq əsər yaradan sənətkar cılız ürəyin, natamam xarakterin sahibi olsun. Özü də Əcəmi Naxçıvani kimi dahi bir memar! |
Yasamal rayonun parkın ərazisində Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova, quraşdırılmış abidəsi, Kamal Ələkbərovun əsəridir. 2008-ci ildə abidə söküldü və onun yerinə parkın əsaslı yenidənqurmadan sonra dövlət bayraqları qoyuldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin 30 may 2002-ci il tarixli fərmanı ilə Kamal Ələkbərov Azərbaycan Xalq Rəssamı adına layiq görülmüşdür.
Prezident İlham Əliyevin 23 dekabr 2004-cü il tarixli fərmanına əsasən, Kamal Ələkbərov fərdi prezident təqaüdçüsü oldu.
2009-cu il mayın 21-də 81 yaşında vəfat etmişdir.
Ədəbiyyat
- Mirməmməd G. Abidələrdə davam edən ömür. Mədəniyyət qazeti. 2010-cu il
- Алекперов Камал Джамал оглы. — Москва: Искусство, 1970
- Микеладзе Г. Сотворивший вечную память достойным. 2013