peoplepill id: kalantar-kalantarli
KK
Russia
1 views today
1 views this week
Kalantar Kalantarli
Lezgi poet

Kalantar Kalantarli

The basics

Quick Facts

The details (from wikipedia)

Biography

Kələntər Şıxkərim oğlu Kələntərli (20 mart 1933 – 22 noyabr 2012) — Azərbaycan şairi, publisisti, dramaturqu.

Həyatı

Kələntər Kələntərli 1933-cü ildə mart ayının 20-də Qusar rayonunun Sudur kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atasını erkən yaşlarından itirən K.Kələntərli burada orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 5 il kolxozda işləmişdir. Sonra o, 1950-1954-cü illərdə Quba Pedaqoji Texnikumunda təhsil almağa başlamışdır. Azərbaycan şairi Səməd Vurğunla məhz bu illərdə tanış olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur.

Fəaliyyəti

1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə "Mübariz keşikdə" qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. K.Kələntərli 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1963-1964-cü illərdə Natəvan klubunun direktoru olmuşdur. 1966-1968-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında Incəsənət şöbəsinin redaktoru, 1984-1986-cı illərdə "Qızıl Şərq" mətbəəsində korrektor, 1990-1992-ci illərdə "Amal" qəzetində şöbə müdiri işləmişdir.

K. Kələntərli 1959-cu ildən 1966-cı ilin axırına kimi, "Azərbaycan gəncləri" qəzetinin Sabir adına Kitabxanada təşkil etdiyi "Ədəbi məclisin" rəhbəri olub. İndi respublikamızda həm şair, həm yazıçı, həm də filoloq kimi məşhurlaşmış onlarla adam – o cümlədən, F. Kərimzadə, S. Məmmədzadə, Ə. Hacızadə, İ.Məlikzadə, F. Qoca, M. Süleymanlı,F. Sadıq, S. Rüstəmxanlı, İ. İsmayılzadə, Ə. Salahzadə, T. Abdin, Q. Köçərli, S. Sərxan, R. Rövşən və başqaları həmin ədəbi məclisin yetirmələri hesab olunur. Onların yetişməsində, mətbuatda çıxış etmələrində şairin böyük xidməti var. K. Kələntərli həmin illərdə ədəbiyyatın ən yaxşı təbliğatçısı hesab olunurdu. Sonra o, 1967-ci ildən 1973-cü illərə kimi Respublika "Bilik" Cəmiyyətinin daimi mühazirəçisi kimi Azərbaycanın rayonlarında M.P. Vaqif, M.Ə.Sabir, C.Cabbarlı, S. Vurğun, R.Rza, Ə. Kərim və başqa sənətkarlar haqqında, ümumiyyətlə poeziya ilə bağlı maraqlı mühazirələr oxumuş, dinləyicilərin rəğbətini qazanmışdır.

Yaradıcılığı

1993-cü ildən Azərbaycan Respublikası Dövlət Televiziya və Radio verilişləri şirkətində radionun Ləzgi Redaksiyasının Baş redaktoru vəzifəsində çalışır. Əsərlərini Azərbaycan və ləzgi dilində yazır. Bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. Şeirləri, poemaları, ədəbi-tənqidi və publisist məqalələri "Azərbaycan", "Qobustan", "Ulduz" və s. jurnallarda, eləcə də qəzetlərdə müntəzəm çap olunur. "Dağlar silkələndi", "Şöhrət axtaran xanım" və "Lənət şeytana, yaxud belə-belə işlər" mənzum pyesləri xalq teatrında tamaşaya qoyulmuşdur.

"Şuşam geri alınmasa" və "Ağ atlı oğlan" poeması xüsusilə diqqəti cəlb edir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Kalantar Kalantarli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Kalantar Kalantarli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes