peoplepill id: ismayl-mmmdov
İM
Azerbaijan
1 views today
1 views this week
İsmayıl Məmmədov

İsmayıl Məmmədov

The basics

Quick Facts

The details (from wikipedia)

Biography

İsmayıl Əsəd oğlu Məmmədov - Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı.

Həyatı

Əməkdar rəssam İsmayıl Məmmədov 1948-ci il mart ayının 31-də Bakıda doğulub. Paytaxtın Səbail rayonundakı 189 saylı orta məktəbin səkkizinci sinfini bitirərək 1963-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə daxil olub. Tələbəlik illərindən kitab qrafikası ilə məşğul olmağa başlayıb. 1968-ci ildə rəssamlıq məktəbini bitirib və həmin il də İlya Repin adına Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul edilib. SSRİ xalq rəssamı, professor Yefsey Mousenkonun sinfini 1974-cü ildə bitirib. Əvvəlcə Azərbaycan Respublikası Rəssamlar İttifaqının Bədii Fondunda işləyib, sonra pedaqoji fəaliyyət göstərib. 1976-cı ıldən Respublika və Beynəlxalq rəsm sərgilərində iştirak edir.

Məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olur. O, 10 fevral 1996-cı ildən Akademık Milli Dram Teatrında quruluşçu rəssamdır. Burada işləməklə yanaşı, 6 iyul 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamıdır.

İsmayıl Məmmədov Akademik Teatrda İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" ("Göytürklər"), "Dar ağacı", Əli Əmirlinin "Köhnə ev", "Varlı qadın", Nazim Hikmətin "Kəllə", Ramiz Novruzun "Hələ "sevirəm" deməmişdilər...", Cəfər Cabbarlının "Ulduz, yaxud Ədirnə fəthi" dramlarının, Musiqili Komediya Teatrında Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad"), Rüfət Əhmədzadə və Emin Sabitoğlunun "Hələlik", İmre Kalmanın "Maritsa", "Qaraçı premier", Ferens Leqarın "Şən dul qadın", Qeybulla Rəsulov və Cavanşir Quliyevin "Məhəbbət oyunu", Tamara Vəliyeva və Emin Sabitoğlunun "Bankir adaxlı", Rauf Hacıyevin "Talelər görüşəndə" ("Romeo mənim qonşumdur"), Qara Qarayevin "Coşğun Qaskonlu" operettalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin "Burla xatun" pyesinin tamaşalarına bədii tərtibat verib.

İsmayıl Məmmədova 30 may 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adı verilmişdir.

Uzun illər ağciyər xərçəngindən əziyyət çəkən sənətkar 12 dekabr 2016-cı ildə gecə saatlarında Bakıda vəfat etmişdir.

Filmoqrafiya

  1. Mənim ağ şəhərim (film, 1994)
  2. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  3. Bəyaz həyat (film, 2003)
  4. Azərbaycan xəritəsi (film, 2006)
  5. Daşdan tikilmiş şəhər (film, 2008)
  6. Günaydın, mələyim! (film, 2008)

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
İsmayıl Məmmədov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
İsmayıl Məmmədov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes