peoplepill id: ismayil-mammadov-1
IM
Russia Azerbaijan
1 views today
2 views this week
The basics

Quick Facts

Work field
Place of birth
Qaravəlli, Zardab, Azerbaijan, Azerbaijan
Age
74 years
Awards
Baku State University 100th anniversary medal
 
The details (from wikipedia)

Biography

İsmayıl Məhəmməd oğlu Məmmədov (25 aprel 1950, Qaravəlli, Zərdab rayonu) — tarixçi, tarix elmləri doktoru, professor.

Həyatı

1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1976–1979-cu illərdə aspiranturada oxumuşdur. 1983-cü ildə "Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969–1976)" adlı namizədlik disertasiyasını müdafiə edib. 1992-ci ildə "Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70–80-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edib.

Fəaliyyəti

1980-ci ildən Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda "Türk və Qafqaz xalqları tarixi" kafedrasının professorudur. Təhsilin bakalavr pilləsində "Türk xalqlaırı tarixi" fənnini tədris edir. Magistratura pilləsində "Türk dünyasi tarixi" ixtisası üzrə "Hunlar" mövzusunda dərs aparır. 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifidir. Türkiyədə Dumlupinar Universitetinin təşkil etdiyi Beynəlxalq Konfransda iştirak etmişdir (Türkiyə, Kütahiya şəhəri. Bakı, 2006).

Tədqiqat sahəsi

Qədim dövrdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi.

Seçilmiş əsərləri

  • Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri. Beynəlxalq Konfransda məruzə. Türkiyə Dumlupinar Universiteti, 2006-cı il.
  • H. Əliyev və türk dünyası // Azərbaycan Beynəlxalq Universitetinin xəbərləri, 2008-ci il, № 1.

Kitablar

  • Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsi (1970–1980-ci illər). Bakı, 1991. Monoqrafiya.
  • "Hünlar". Dərs vəsaiti. Bakı universitetinin nəşriyyatı. Bakı, 1998.
  • Hökmdarlardan… Filosoflaradək. Bakı, "Azər" nəşriyyat. 2002.
  • Azərbaycan tarixi. Dərslik. Bakı, "Adiloğlu" nəşriyyat 2005. 485 səhifə, 31 ç.v.
  • Azərbaycan Tarixi (rus dildə) Bakı, 2009 il
  • Türk Kafkasında siyasi və etnik yapı. Eski çağlardan günümüzə. Azərbaycan Tarixi. İstanbul. 2009 il.
  • History of Azerbaijan/ London, 2014 (inglis dildə)

Mənbə

http://history.bsu.edu.az/az/content/mammedov_ismayil_151

İsmayıl Məmmədov — zerdab.com

  1. "Məmmədov İsmayil". . .
  2. Azərbaycan tarixi (Məmmədov İsmayıl Məhəmməd oğlu)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Ismayil Mammadov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Ismayil Mammadov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes