İsmayıl bəy Sədrəddinbəyov
Quick Facts
Biography
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi.
Həyatı
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir.
Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarındaçoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıqdövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir.
Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsiləöyrənib onlardantəsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyəxüsusi rəğbət bəsləmişvə onunla dostluq münasibəti yaratmış, onuŞəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığındatürk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığınınməhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbədəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri AzərbaycanMilli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizəolunub saxlanılır.
1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir.
Əsərləri
- “Divani-bədi”,
- “Gəncineyi-ədəb”,
- “Leyli və Məcnun”,
- “Fərhad və Şirin”,
- “Xəyalati-pərişan”,
- “Dörd əfəndi” və
- “Lətifənamə” adlı əsərlərin müəllifidir.