peoplepill id: ilyas-babayev-1
IB
Russia Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Nüravud, Lerik District, Azerbaijan
Age
75 years
The details (from wikipedia)

Biography

İlyas Babayev (tam adı: İlyas Rəzzaq oğlu Babayev) (25 avqust 1949) — AMEA Zoologiya İnstitutu "Ornitologiya" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, baş elmi işçi.

Həyatı

İlyas Rəzzaq oğlu Babayev 25 avqust 1949-cu ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1957-ci ildə həmin kəndin 8 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1967-ci ildə Lerik rayon orta məktəbini bitirib. 1968-ci ildə Sovet ordu sıralarına çağırılıb. 1970-ci ildə ordu sıralarından tərxis olunub. 1971–1974-cü illərdə Bakı şəhərində tikinti idarələrində fəhlə işləyib. 1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin axşam şöbəsinə daxil olub. 1974-cü ildən Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin axşam şöbəsindən qiyabi şöbəsinə keçib. 1974-1975-ci dərs ilində Lerik rayonunun Züvüç kənd orta məktəbində, 1975-1976-cı dərs ilindən 1979-cu ilədək isə Lerik rayonunun Nuravud kənd orta məktəbində kimya və biologiya müəllimi işləyib. 1978-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1978-ci ildə Azərbaycan SSR EA Zoologiya İnstitutunda Ornitologiya ixtisası üzrə istehsalatdan ayrılmamaq şərti ilə aspiranturaya daxil olub. 1981-ci ildə aspiranturanı bitirib. 1979-1992-ci illərdə Zoologiya İnstitutunda Ornitologiya laboratoriyasında laborant və kiçik elmi işçi vəzifəsində işləyib. 1990-cı ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Moskva şəhərində Ümumittifaq Təbiəti Mühafizə və Qoruqların İşi elmi tədqiqat İnstitutunda “Azərbaycanın Cənub-Şərqində nadir, nəsli kəsilməkdə olan quş növləri və onların qorunması (Azərbaycanın Qırmızı kitabına dair materiallar)” mövzusunda dissertasiya işini müdafiə edib. 1996–2016-cı illərdə Zoologiya İnstitutunda Zooloji muzeyin direktoru vəzifəsində işləyib. 2016-cı ildən Zoologiya İnstitutunda Ornitologiya laboratoriyasının müdiri vəzifəsinə təyin olunub.
“Azərbaycanın su və sahil quşlarının müasir ekoloji vəziyyəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Respublikamızın ornitofaunasına aid uğurla yerinə yetirilmiş 8 elmi-tədqiqat işinin rəhbəri olmuşdur. Hal-hazırda isə “Xəzər dənizinin Azərbaycan sektorunun Cənub hissəsində qaraördəklərin və pazdimdiklərin müasir vəziyyətinin öyrənilməsi” elmi-tədqiqat işinin rəhbəridir. Azərbaycanın ayrı–ayrı təbii vilayətlərində nadir quş növlərinin müasir vəziyyətini müəyyən etmiş və onları qorumaq üçün hazırladığı tövsiyələr Dövlət Təbiəti Mühafizə orqanları tərəfindən həyata keçirmək üçün qəbul edilmişdir. Tədqiqatlarının nəticələrindən beynəlxalq səviyyədə yazılmış kitablarda istifadə edilmişdir.
İ.R.Babayev 106 elmi əsərin, o cümlədən, 3 kitabın, 2 monoqrafiyanın, 1 elmi-metodiki tövsiyənin, Azərbaycan Respublikası Milli Atlasının müəlliflərindən və Azərbaycanın “Qırmızı Kitab”ının tərtibçilərindəndir. Heyvanlar aləminin elektron variantı üçün hazırladığı 65 məqaləsi çapdadır. CITES konvensiyasına daxil etmək üçün 24 quş növü haqqında hazırladığı elmi məlumatlar bəyənilərək qəbul edilmişdir. Quş qripi virusu ilə əlaqədar olaraq su- bataqlıq quşlarının əsas toplantı yerlərini müəyyən etmiş və xəritələşdirmişdir. Direktor olduğu dövrdə, muzeydə “Azərbaycanda zoologiya elminin inkişafında mühüm rolu olan alimlər” bölməsini yaratmış, ekspozisiya fonduna 356 yeni eksponat daxil etmiş və onurğalı heyvanların kataloqunu hazırlamışdır.
Onun rəhbərliyi altında üç qrand layihəsi uğurla yerinə yetirilmişdir. 25-dək beynəlxalq layihələrin yerinə yetirilməsində ekspert-ornitoloq kimi iştirak etmişdir (Hal-hazırda BP şirkətinin təşəbbüsü ilə "Səngəçal terminalı ətrafında quşların monitorinqinin aparılması" adlı beynəlxalq layihənin icrasında ekspert ornitoloq kimi iştirak edir.). Zoologiya İnstitutunun Elmi Şurasının və Dissertasiya Şurası üzrə elmi seminarın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi–texniki Şurasının üzvüdür. “Quşların Ekologiyası və Mühafizəsi” İctimai Birliyinin sədridir.
Çoxillik səmərəli elmi fəaliyyətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Fəxri Fərmanlarla və ATMC tərəfindən Təbiətin Mühafizəsində aktivliyinə görə “Xatirə” medalı ilə təltif edilmişdir. Zəhmətkeş tədqiqatçı kimi kollektivin hörmətini qazanmışdır. Ailəlidir, 4 övladı var.

Elmi fəaliyyəti

Mükafatları

  • AMEA-nın Fəxri Fərmanları
  • Təbiətin Mühafizəsində aktivliyinə görə ATMC-nin “Xatirə” medalı

Kitabları və monoqrafiyaları

Elmi əsərləri

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Ilyas Babayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Ilyas Babayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes