Iltifat Saleh
Quick Facts
Biography
Salayev İltifat Saleh oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Həyatı
İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-fılologiya fakültəsində təhsil almışdır (1956-1961).
Əmək fəaliyyətinə Lənkəran rayonunda, Port-İliç şəhər orta məktəbində müəllim kimi başlamışdır (1961-1971). Eyni zamanda Mərkəzi Dövlət arxivinin Lənkəran filialının əməkdaşı olmuşdur (1968-71). Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini (1971-1975), Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri (1975-1977), tarix və mədəniyyət abidələrini Könüllü Mühafızə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı (1977-1978), Lənkəran rayon radio verilişlərinin redaktoru (1978), məsul redaktoru (1978-1987) vəzifələrində çalışmışdır.
Hazırda Port-İliç şəhər orta məktəbində tədris hissəsi üzrə müdir müavini işləyir (1987-ci ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsul katibidir (1995-ci ildən).
1960-cı ildən mətbuatda öz şerləri ilə çıxış edir. "Zənglərin səsi" (1989) və "Sənə demədiklərim" (1996) şerlər toplusu nəşr olunmuşdur. "Sabir poeziyası" və "Azərbaycan" almanaxlarında şeirləri çap edilmişdir.
Əsərləri
- 1.Səni görmək üçün (şeirlər). Bakı: Gənclik, 1978, 40 səh.
- 2.Ay işığı (şeirlər və poema). Bakı: Yazıçı, 1983, 100 səh.