Ilqar Haqverdiyev
Quick Facts
Biography
Haqverdiyev İlqar Arif oğlu — həndbol üzrə I dərəcəli idmançı.
Həyatı
1964-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1970-ci ildə 6 saylı orta məktəbin 1-ci sinfinə qəbul olub, 1980-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1980–81-ci illər ərzində Dəmiryol tikinti idarəsində fəhlə işləyib. İdmanla məşğul olub. Həndbol idman növü üzrə I dərəcəli idmançıdır və Respublika dərəcəli hakimdir. 1981-ci ildə Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutuna qəbul olub. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Qazaxıstan Dövlət Bədən tərbiyəsi institutunun kütləvi idman işləri və Turizm fakültəsinə köçürülüb və 1987-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib.
Azərbaycana döndükdən sonra 1987–1991-ci illər ərzində "Lokomotiv" idman cəmiyyətində məşqçi, xüsusiləşmiş futbol məktəbinin müdir müavini, kompleks idman məktəbinin direktoru, 1991–1993-cü illərdə Lokomotiv idman cəmiyyətinin sədri vəzifəsində çalışıb. 1993-cü ildən 30 saylı orta məktəbdə idman rəhbəri, daha sonra 22-saylı orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləyib. 1997-ci ildə Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman kafedrasında şöbə müdiri, 1999-cu ildən kafedrada idman müəllimi, baş müəllim, 2009-cu ildən isə Pedaqoji fakültənin tərbiyə işləri üzrə dekan müavini və 2011-ci ildə Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini işləyir.
İşlədiyi müddət ərzində universitetin elmi məcmuələr kitabında 10-a yaxın elmi məqalənin müəllifidir. Kafedrada daima elmi tədqiqat işləri ilə məşğuldur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006–2012-ci illərdə universitetin ərazi ilk partiya təşkilatının sədr müavini olub.
Ailəlidir, iki oğlu və bir qız övladı var.