Ilqar Fehmi
Quick Facts
Biography
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.
Həyatı
İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb.
2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır.
Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur.
Əsərləri
- Sənli sözüm gəldi sənə (şeir). 2000
- Ölüm gözəldi, yoxsa sən? (şeir). 2001
- Yenə də qəzəllər (şeir). 2005
- İlk sui-qəsd (Çənlibel tülküsü - 1-ci kitab) (roman). 2005
- Qarğa yuvası (Çənlibel tülküsü - 2-ci kitab) (roman). 2006
- Kölgədə əqrəb (Çənlibel tülküsü - 3-ci kitab) (roman). 2007
- Akvarium (roman). 2006
- Aktrisa (roman). 2005
- Aqvalanq (roman). 2008
- Bakı tarixindən kollaj (roman). 2007
- Karmen (povest). 2005
- Səndən nigaranam (povest). 2009
- Maygülü (povest). 2013
Pyesləri
- Axırıncı qatar. 2000
- Krupye və Ulduz. 2009
- Tut ağacı. 2010
- Müsibəti-Fəxrəddin və... 2011
- Son reportaj. 2013
- Zümrüd parıltısı. 2013
- Şahnamə. 2014
Kinoromanlar
- "Pejo 307". 2008
- Evtanaziya. 2009
- Vampir. 2010
Filmoqrafiya
- Qaydasız döyüş (film, 2009) — (serial; ANS)
- Hörümçək toru (film, 2011) — (ÇARX FİLM; Space TV)
- Sirat körpüsü (film, 2007)
- Məcnunlar (film, 2008) — (İTV)
- 100 000 AZN (film, 2009) — (tammetrajlı bədii film; İTV)
- Ölüm növbəsi (film, 2009) — (tammmetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyası. Dövlət sifarişi)
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film. "Pozitiv-media" şirkəti. Dövlət sifarişi) - əsərin və ssenarinin müəllifi
- Çaqqal nəfəsi (film, 2012) — (çoxseriyalı bədii film; Kaspi Global - ATV kanalı. Dövlət sifarişi )
- Dərvişin qeydləri (film, 2013) — (tammmetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyası. Dövlət sifarişi)
- Axırıncı dayanacaq (film, 2014) — (tammmetrajlı bədii film; "Azərbaycanfilm" kinostudiyası. Dövlət sifarişi)
- Gecə qonağı (film, 2015) — (tammmetrajlı bədii film)
- Bakı gecələri (film, 2015) — (kinoalmanax; "Azərbaycanfilm" kinostudiyası. Dövlət sifarişi)
- Dəfnə ağacı (teleserial, 2016)